Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

19 may 2018 | 16:00

Müharibə və əmək əlilləri pansionatında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.Ahıl vətəndaşların günlərinin maraqlı keçirilməsi üçün təşkil olunan tədbirlər çərçivəsində pansionatda müsəlman şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illik yubileyi qeyd olundu.

Tədbirdə çıxış edən Müharibə və əmək əlilləri ponsianatının direktoru Qətibə Əsədova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar geniş məlumat verərək, ahıl vətəndaşların hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirdi. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifaları maraqla qarşılandı.

Tədbirin sonunda xatirə şəkili çəkildi. 

Keçidlər