Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 96 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi

22 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.

Nəsimi rayonunda növbəti tədbir 96 saylı körpələr evi-uşaq bağçasında keçirilmişdir.Tədbirdə bağça uşaqlarının iştirakı ilə Hikmət Ziyanın “Torpaqdan pay olmaz” əsəri əsasında kiçik səhnəcik təqdim edilmişdi. Bayram tədbirində bağça uşaqlarının  rəqsləri və Vətənə  həsr olunmuş şeirləri tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.  

Keçidlər