Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda kitab bayramı keçirildi

25 may 2018 | 16:00

                                                                                                                                                                                    Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir 

Heydər Əliyev

    Ümummilli Lider  

Mayın 25-də   Nəsimi rayon İcra hakimiyyətinin,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Zabitlər parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib. 

Yaşadığımız informasiya əsrində kitab oxumaq, mütaliəni təbliğ etmək, faydalı informasiyanı yaymaq günümüzün əsas tələblərindən biridir. Cəmiyyətimizdə layiqli şəxsiyyət, gözəl insan olmağın yolu birbaşa kitabdan, mütaliə vərdişlərinə yiyələnməkdən keçir. Ənənəvi olaraq hər il keçirilən sərgi-yarmarkaların əsas məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılması, maarifləndirilməsi və kitabların təbliğinə nail olmaqdır.

Kitab bayramında dahi şəxsiyyət Heydər Əliyevin həyat və yaradıcılığına, Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə həsr olunmuş kitabların sərgisi nümayiş olundu. Tədbirdə respublikamızda fəaliyyət göstərən nəşriyyatlar tərəfindən dövlətçiliyimizə, milli-mənəvi dəyərlərə, tariximizə, mədəniyyətimizə dair son dövrlərdə nəşr olunan kitabların nümayişi və satışı reallaşdırıldı.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov və diğər qonaqlar iştirak etmişlər. Tədbir zamanı rəsm sərgisi, əl işlərinin təqdimatı , eləcə də “Faceart”, Ebru sənəti nümayiş olunub.

Bayram iştirakçılarına azərbaycan, ingilis və rus dillərində kitablar hədiyyə olunub

Keçidlər