Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz şənliyi

17 mart 2013 | 16:00

Bərəkət və xeyirxahlıq təcəssümü, təbiətin oyanışının simvolu olan Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir və bu münasibətlə yerlərdə silsilə tədbirlər keçirilir.
Bu gün S. Vurğun və Vaqif prospektlərinin kəsişməsində yerləşən parkda böyük bayram şənliyi keçirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bu gözəl bayram münasibətilə təbrik etdi və xoş arzularını bildirdi. O bildirdi ki, böyük inkişaf yolu ilə irəliləyən, bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan bu il də Novruz bayramını ruh yüksəkliyi və xoş ovqatla qeyd edir. Xalqımıza məxsus bütün müsbət keyfiyyətləri, gözəl adət-ənənələrimizi, mənəvi dəyərlərimizi özündə parlaq əks etdirən Novruz əbədiyaşar bayramdır.
Şənlik böyük konsert proqramı ilə davam etdi. Novruzun simvolları olan Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradırdı. Rayonun ümumtəhsil və musiqi məktəbləri şagirdlərinin, H.Sarabski adına Mədəniyyət evi kollektivi üzvlərinin ifaları hamını riqqətə gətirdi. Məktəbli qızların məharətlə ifa etdikləri rəqslər, səslənən gözəl nəğmələr hamıda əsl Novruz təəssüratı və bayram əhval -ruhiyyəsi yaratdı.
Bütün bayram iştirakçıları Novruz sovqatları - paxlava, qoğal, şəkərburaya qonaq edildi. Həmin gün burada unudulmaz xalq şənliyi keçirildi.
Bayram münasibətilə rayonda yaşayan 500-dən çox şəhid ailəsinə və aztəminatlı ailələrə bayram sovqatları verildi.
Tədbirdə Milli Məclisin deputatı  Ziyad Səmədzadə iştirak edirdi.

Keçidlər