Nəsimi rayonu 127 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi
29 may 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər - idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrində tədbirlər təşkil edilib keçirilir.
Nəsimi rayonunda növbəti tədbir 127 saylı körpələr evi-uşaq bağçasında keşirilmişdir. Bayram tədbirində bağça uşaqlarının ifasında rəqslər və Vətənə həsr olunmuş şeirlər tədbirdə iştirak edən qonaqların alqışları ilə qarşılanmışdır