Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

30 may 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Həsənova Xanımzər,  İmamquliyeva Xanım, Hadıyeva Fidan, Əliyev Əli, Zeynalova Elnarə, Məmmədov Cavad və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, binanın zirzəmisində kanalizasiya xəttinin təmir olunması, küçələrdə qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin yığışdırılması barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

Keçidlər