Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu “Qərənfil” körpələr evi-uşaq bağçasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi

01 iyun 2018 | 16:00

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilib. 

Nəsimi rayonunda növbəti tədbir “Qərənfil” körpələr evi-uşaq bağçasında keçirilmişdir. Bayram tədbirində bağça uşaqlarının ifasında rəqslər və şeirlər tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır

Keçidlər