Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti bayram tədbiri keçirildi

01 iyun 2018 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Müasir İnnovasiyalar Liseyi tərəfindən  Səməd Vurğun adına bağda   1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev  tədbirdə iştirak edən şagirdləri bayram münasibəti ilə  təbrik etdilər.

Bayram tədbirində Müasir İnnovasiyalar Liseyinin direktoru Sevinc Əliyeva çıxış edərək Azərbaycan  Xalq Cümhuriyyətin 100 illiyi ilə əlaqədar təşkil edilmiş “Bilik yarışı-4” haqqında məlumat verərək bildirdi ki,  həmin yarışda   Azərbaycan bölməsi üzrə IV sinif şagirdlərindən seçilmiş 500 nəfər  əlaçı  iştirak etmişdir. Həmin müsabiqənin qalibləri tədbir iştirakçıları  tərəfindən təbrik edildi. Tədbir Müasir İnnovasiyalar Liseyinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Qonaqlar Azərkitab nəşr evinin təşkil etdiyi kitab sərgisi və satışı ilə yaxından tanış oldular. 

Keçidlər