164 saylı tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi
1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilib.
Nəsimi rayonu 164 saylı tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Bayram tədbirində şagirdlərin ifasında rəngarəng rəqslər, şeirlər və kompozisiyalar tədbirdə iştirak edən qonaqların alqışları ilə qarşılanmışdır.