14 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi rayonunun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.
Nəsimi rayonunda növbəti tədbir 14 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, 28 may tarixi Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində canlı bir səhifə olmaqla yanaşı onun demokratik ənənələrə sadiqliyinin və azadlıq ruhunun sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bu əlamətdar hadisəyə dövlət səviyyəsində layiqincə qiymət verilməsinin bariz nümunəsidir.
Tədbir şagirdlərin ifasında şeirlər , kompozisiya və rəqslərlə davam etmişdir.