Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

05 iyun 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Səmədov İlqar, Kazımova Afidə, Əşrəfova Aynurə, Ağayev Asim, Haqverdiyev  Müzahim,  Səfərova İfrat, Musayeva Könül və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, məcburi köçkün yataqxanaslnda məskunlaşanların köçürülməsi barədə müraciətlər etdilər. Yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı rayon İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən İfrat Səfərova yay aylarında düşərgələrin təşkil olunmasını xahiş etdi. Məskunlaşdıqları yataqxanadan köçürülmələri barədə Könül Musayevanın müraciəti ilə bağlı Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə məlumat verildi. Vətəndaş İlqar Səmədov yanğın zamanı yaşadığı mənzilə ciddi ziyan dəydiyini və rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər görüldüyünü qeyd edərək, özəl şirkətlərə ayrılmış ərazilərin uzun müddət  baxımsız qalmaması üçün şirkət rəhbərləri tərəfindən tədbirlərin görülməsinin zəruriliyini bildirdi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər