Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarının qorunması ilə əlaqədar maarifləndirici tədbir keçirildi

05 iyun 2018 | 16:00

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Texniki-Humanitar lisey və Müasir İnkişaf  İctimai Birliyinin birgə əməkdaşlığı ilə konfrans təşkil olunmuşdur. Uşaqların müdafiəsi günündə silsilə tədbirlərin keçirilməsində əsəs məqsəd onları hüquq və vəzifələri haqqında maarifləndirmək və uşaq zorakılıqlarına qarşı birgə mübarizə aparmaqdır.

BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası dünyada uşaqların hüquqlarına dair bütün məsələləri özündə cəmləşdirir. Konfransda uşaqların bütün hüquqları: inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları haqqında ətraflı məlumat verildi. Eyni zamanda uşaqlara qarşı zorakılıq, onların istismarı, erkən evlilikləri kimi sosial problemlər tənqid hədəfinə çevrildi.

Azərbaycan Respubikasında cinsindən, yaşayış tərzindən, dinindən, irqindən aslı olmayaq bütün uşaqlar hüquqlarından azad şəkildə istifadə edir və Azərbaycan Respublikasının Konstitusiyası onların hüquqları qoruyur.

Tədbirdə  Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı  Tural Hüseynzadə, Ombudsman Aparatının əməkdaşı Müqabil Mahmudov, Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəzərov,  Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, gender üzrə mütəxəssis Rauf Məmmədov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri  Mübariz Göyüşlü, Prezident yanında Bilik Fondunun əməkdaşı Almaz Axundova çıxış edərək   uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər.

Sonda liseylilər şeirlər ifa edib mahnılar səsləndirdilər, qonaqlara bu gün onların yanlarında olduqları üçün minnətdarlıqlarını bildirdilər.

Keçidlər