Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra hakimiyyətində sakinlərlə görüş keçirildi

13 iyun 2018 | 16:00

13 iyun 2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində “Açıq qapı” günü təşkil olunaqar rayon sakinlərilə görüş keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı Aparatının, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, aqsaqqallar, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak edirdilər.

Sakinləri salamlayan RİH başçısı Asif Əsgərov tədbirin Milli Qurtuluş Günü və Ramazan bayramı ərəfəsində keçirildiyini qeyd etdi. O, rayon sakinlərini bu əlamətdar bayramlar münasibətilə təbrik edərək Milli Qurtuluş Günü kimi tariximizə daxil olmuş 15 İyunun, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir səhifə olduğunu, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtmasının xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğuladı.

Qeyd olundu ki,  Azərbaycan dövləti dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına – Ulu öndər Heydər Əliyevə tutdu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.  Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yarandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti dünya birliyinin layiqli üzvləri sırasına qoşulmaqdadır. Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı dünya birliyində söz sahibinə çevirib. Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir.

RİH başçısı ölkəmizdə milli-mənəvi dəyərlərə önəm verildiyi, Ramazan və Qurban bayramlarının dövlət səviyyəsində keçirildiyini, Azərbaycanda multikulturalizmin və tolerantlığın dünya üçün nümunəvi modelinin formalaşdığını qeyd etdi.

Görüşə gəlmiş sakinlərdən Mirzəyev Qulu, Lipyakovskaya Lyudmila, Məmmədova Ofeliya, Verdiyev Rövşən, Təmrazov İmran, Azər Quliyev, Cabbarov Rəşid, Novruzova Lətifə, Hacıyeva İntizar və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil məsələlərinin həlli, təmir işlərinin aparılması, yay düşərgələrinin təşkili barədə müraciətlər etdilər. Sakinlər və ictimaiyyət nümayəndələri çıxışlarında Ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, bu günkü əmin-amanlığın, müstəqilliyimizin qurucusu olaraq tarixi xidmətlərini qeyd etdilər və  dövlət başçımız cənab İlham Əliyevin, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində ölkəmizin tərəqqisi və xalqımızın firavan həyatı naminə görülən işlərə görə minnətdarlıqlarını bildirdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verildi. İcra Hakimiyyətinin başçısı tədbirdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər barədə məlumatları görüş iştirakçılarına çatdırdı.

Tədbirin sonunda rayonun aztəminatlı ailələrinə bayram sovqatları verilmişdir. Bayram ərəfəsində 1000-dən çox ailəyə bayram paylarının verilməsi nəzərdə tutulur.

Keçidlər