Şriftin ölçüsü :

Saytın rəngi :

Elimizə bahar gəlir!

15 mart 2013 | 16:00

   Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir.  Bu bayrama tarixi inkişaf  boyunca  baxdığımız  zaman  onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.
   Bu baxımdan Nəsimi rayonu Y.Mirzəyev adına 44 saylı tam orta məktəbin kollektivi Novruzun ətirli nəfəsini, bayramı məktəbə gətirməyə çalışmış, məktəb daxilində “Elimizə bahar gəlir!”adlı tədbir keçirmişdir.
  Tədbir gözəl tərtibatla, şagirdlərin gözəl, məzəli, öz körpə ruhlarına uyğun çıxışları ilə başlanmışdır. Bayram aparıcıların səlist nitqi, şagirdlərin bayram çərşənbələrinə aid bayatı və şer nümunələri ilə davam etmişdir.
  Əlbəttə ki, keçəl və kosanın da məzəli oyunları, yumurta yarışlarını da qeyd etməsək olmaz. Həmçinin tədbirə dəvət olunmuş qonaqların münsiflər heyəti qismində iştirak ilə “Gözəl xonça” müsabiqəsi də keçirildi.
   Onuda qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının əməkdaşı Eldar Əmirov,  “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad müəllim və əməkdaşı İradə xanım fəxri qonaqlardan idi.

Keçidlər