Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hərbi vətənpərvərlik sahəsində keçirilən tədbirlərə xüsusi önəm verilir.

22 iyun 2018 | 16:00

Əsası  Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevirilmişdir. Ordumuzun möhkəmlənməsində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin müstəsna əhəmiyyətini nəzərə alaraq Ulu öndər Heydər Əliyevin gəncliyə yüksək etimadından, xüsusi diqqət və qayğısından qaynaqlanan dövlətimizin gənclər siyasətinin Nəsimi rayonunda daha dolğun həyata keçirilməsi məqsədilə gənc nəslin ümumbəşəri dəyərlərə yiyələnməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü silsilə tədbirlər həyata keçirilir.

Silsilə tədbirlər çərçivəsində Novruz Bayramı, Silahlı Qüvvələrin yaradılmasının  ildönümü, Dövlət Bayrağı Günü və digər milli bayramlarımız ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsinin Tərtər və Goranboy rayonlarındakı  «N» saylı hərbi hissələrinə səfərləri təşkil  еdilir, xidmət edən əsgər və zabitlərlə görüşlər keçirilir. 

Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış  Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq iyun ayının 20-21-də Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər  edərək xidmət edən əsgər  və zabitlərlə görüşmüşlər.  

Müdafiə Nazirliyinin Goranboy  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə getmiş  qonaqlar  hərbi hissəsnin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar. Sonra   26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilmişdir.

Keçidlər