Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə ikinci rübün yekunları haqqında HESABAT

11 iyul 2018 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə  ikinci rübün yekunları haqqında

Azərbaycanın son illərdə əldə etdiyi dinamik inkişafın ötən 6 ayda da davam etdirildiyinin şahidi oluruq. Bunu görülən işlər, həyata keçirilən uğurlu islahatlar, eyni zamanda, statistik rəqəmlər də təsdiq edir. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənzb İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb. Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri–neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bununla yanaşı, bitkiçilik 14 faizdən çox artıb, 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata isə 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb.

Bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləridir: “Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Sözsüz ki, bu amil seçki sistemində də özünü büruzə verir. Təsadüfi deyil ki, artıq uzun illərdir, ölkəmizdə ədalətli, demokratik və şəffaf şəkildə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eyni zamanda, referendumlar beynəlxalq standartlara cavab verir və dünya birliyi tərəfindən təqdir edilir. Hətta ölkəmizin bu sahədəki təcrübəsi nümunə kimi göstərilir. Bu mənada 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda əldə olunan növbəti uğur kimi qiymətləndirmək lazımdır. Bütün beynəlxalq standartlara, norma və prinsiplərə, seçki qanunvericiliyinə uyğun keçirilən prezident seçkiləri cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etibar edərək, etimad göstərərək Onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla insanlar Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldular. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir. “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq” deyən möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı nitqində antimilli ünsürlərə, ölkəmizin uğurlarını gözü götürməyən dairələrə də lazım olan mesajları verib. Bildirib ki, Azərbaycanın inkişafına, gələcəyinə qarşı olan bütün çirkin niyyətlər və əməllər iflasa məhkumdur. Dövlətimizin başçısının “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir” fikirləri isə bu cür qərəzli dairələrə veriləcək ən tutarlı cavabdır.”

Möhtərəm Prezident iclasda çıxış zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib: “Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda problemin sülh yolu ilə həlli variantına üstünlük verir. Baxmayaraq ki, beynəlxalq hüququn əsas prinsiplərinə görə ölkələrin, xalqların öz müqəddəratlarını təyin etmək, ərazi bütövlüyünü təmin etmək hüquqları var. Ancaq göründüyü kimi, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən, dolayısı ilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə  azad etməkdən boyun qaçırır. Buna görə də zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı önə çəkilir. Bunun üçün Azərbaycanın güclü potensialı, ordusu var. Elə 2016-cı ilin Aprel döyüşləri, bu ilin Günnüt zəfəri göstərdi ki, güclü Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. “…Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi” deyən cənab Prezidentimiz iclasdakı nitqində bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb, həmin  qətnamələrin qüvvədə olduğunu və icrasının vacibliyini bəyan edib.”

Bu ilin ən önəmli hadisələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu: “Qeyd etdiyimiz bu mühüm hadisələr regional müstəvidən çıxaraq qlobal xarakter daşımağa başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin məhsulu olan bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə icra edilən, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” və onun əsas seqmenti olan TANAP bütün dünyanın diqqət mərkəzindədir. Bu layihələrin tam şəkildə işə düşməsi nəticəsində nəinki Azərbaycan və Türkiyə, qonşu ölkələr, eyni zamanda, Avropa dövlətləri qazanc əldə edəcəklər. Bir sözlə, Azərbaycanın müəllifi olduğu layihələr hər zaman olduğu kimi, yenə də regiona və dünyaya, inkişaf, sülh və sabitlik vəd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı qeyd edib ki, həm “Cənub Qaz Dəhlizi”nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir.”

Dövlətimizin başçısı iclasdakı çıxışı zamanı sosial siyasət sahəsində qarşıda duran vəziflələr, həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb: “Bu gün ölkəmizdə  həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Möhtərəm Prezidentimiz də bütün çıxışlarında bunu bəyan edir. Ona görə də bu gün ölkəmizdə mühüm sosial islahatlar həyata keçirilir. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı bildirib ki, aprel ayında formalaşmış yeni hökumətin qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu xoşagəlməz hallara tamamilə son qoyulmalıdır.”

Möhtərəm Prezident bir sıra prioritet sahələr üzrə qarşıda duran vəzifələri müəyyənlədirərək ciddi tapşırıqlar vermişdir.

Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi  həyatında da öz əksini tapmışdır.

Cari ilin aprel ayının 11-də respublikamızda keçirilmiş Azərbaycan Respublikasının Prezident seçkilərində Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən 27 məntəqədə Web kamera  quraşdırılmışdır. 

Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 78  xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı və  açıq yerlər müəyyənləşdirilmişdir.

       21 saylı Nəsimi birinci seçki dairəsi üzrə  33 410 seçicidən 20 153 nəfəri yəni- 69,30%-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 19 623 nəfəri yəni- 84,77 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

       22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 39 702  seçicidən 26 699 nəfəri yəni-67,25 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 23 026 nəfəri yəni- 86,28 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

       23 saylı Nəsimi-Səbail  seçki dairəsinin Nəsimi rayonu üzrə 24 596 seçicisindən 16 370 nəfəri yəni- 66,56 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 13 666 nəfəri yəni- 83,48 %-i  Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

       Ümumilikdə rayon üzrə 96 708 seçicidən 66 222 nəfəri yəni - 68,48 %-i seçkilərdə iştirak etmişdir. Iştirak etmiş seçicilərin 56 315 nəfəri, yəni – 85,04 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri aparılmışdır.

 

     May ayının 15-də  Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsmiş, Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki,  2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Dövlətimizin başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış olmuşlar.

Müasir Təhsil Kompleksi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Xalqımızın Ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu kompleksin təntənəli açılışında iştirak edib. Elə o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyələrə əsaslanaraq uğurla fəaliyyət göstərir. Məktəbdə Heydər Əliyev guşəsi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər Ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış olmuşlar. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.

 

 

       2018-ci ilin yanvar-iyun aylarında Nəsimi rayonunun

sosial, iqtisadi inkişafının makroiqtisadi

göstəriciləri

 

Nəsimi rayonunun sosial, iqtisadi inkişafında 2018-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq aşağıdakı nəticələr əldə olunmuşdur.                 

Sənaye

 

2018-ci ilin yanvar-iyun  aylarında 548054.4  min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

  Rabitə

2018-ci ilin yanvar-iyun aylarında rabitə müəssisələri tərəfindən 182928,3  min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artmışdır.

 

Nəqliyyat

2018-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 190234,6 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artmışdır.

 

Tikinti

2018-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 39.2 faiz çox vəsait yönəldilmişdir. 

 

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2017 -2018-ci illər) dinamikası

 

İstehlak bazarı və iaşə dövriyyəsi

 

2018-ci ilin yanvar-iyun  aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə, əvvəlki ilin eyni dövrünə nisbətən 17,8 faiz çox əmtəə satılmışdır.

 

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2018-ci ilin  yanvar-iyun  aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artmışdır.

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2017 -2018-ci illər) dinamikası

 

 

 

Demoqrafiya

 

2018-ci il iyul ayının 1-i vəziyyətinə Nəsimi rayonunda daimi əhalinin sayı  220,5 min nəfər olmuşdur. Nəsimi rayonunun ərazisi 0, 01 min kvadrat kilometrdir. Əhalinin sıxlığı 1 kvadrat kilometrə  21057  nəfər təşkil edir.

2018-ci ilin yanvar-iyun   aylarında Nəsimi rayonunda  1068  nəfərin doğumu və 573 nəfərin ölümü qeydə alınmışdır. Təbii artım 2018-ci ilin 6 ayında 495 nəfər olmuşdur.

Rayonda 2018-ci ilin yanvar-iyun aylarında 500 nigah və 201 boşanma qeydə alınmışdır.

2018-ci ilin iyul ayının 1-i vəziyyətinə qaçqınların sayı 14476 nəfər, məcburi köçkünlərin sayı isə 7147 nəfər olmuşdur.

   

2017-ci  ilin yanvar-iyun aylarında

doğum, ölüm, nigah və boşanmalar haqqında məlumat

 

İllər

Doğum

Ölüm

Nigah

Boşanma

2018

1068

573

500

201

2017

1149

549

545

257

 

 

2017-ci  və  2016-cı  ilin  yanvar-mart  aylarında

əhalinin  təbii    hərəkəti

 

Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   25 dekabr 2017-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 342 saylı Sərəncamı ilə “2018-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

“Ərazi Məşğulluq Proqramı”na əsasən 2018-ci ilin altı ayı ərzində Məşğulluq Mərkəzinə 1840 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  5900  nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 465  nəfər olmuşdur.

Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1241 nəfəri  daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 161 nəfər çoxdur.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2018- ci ilin 2-ci rübü ərzində nəzərdə tutulmuş məqsədyönlü işlər davam etdirilmişdir. Nəsimi rayonu üzrə 2018- ci ilin 6 ayı ərzində 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri 17.9% azalmışdır.

Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının Nəsimi rayonu 1 nömrəli 2 nömrəli, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəlikləri üzrə 2018-ci ilin 6 ayı  ərzində verilən tapşırıqların icrası istiqaətində müvafiq işlər görmüşdür.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2018-ci ilin birinci yarısında rayon ərazisində abadlıq-quruculuq və yenidənqurma işləri, sanitar təmizlik işləri  davam etdirilmişdir.

Aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır. Bu istiqamətdə müəyyən işlər görülmüşdür.

Belə ki, 1004 kv.m dam örtüyü,  64 ədəd pəncərə, 37 ədəd giriş qapısı, 46 p.m. istilik xətti, 225 p.m suaxıdıcı boru, 13 ədəd ventil və  siyirtmə dəyişdirilmiş, ümumi istifadə yerlərində 112 kv.m şüşələnmə işləri yerinə yetirilmiş,  2603 p.m. tüstü bacası və ventilyasiya kanalları təmizlənmişdir.

Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri  təmir edilmişdir.

I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

Nəsimi rayonu ərazisində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən 210 ünvanda binların fasadları və dam örtüklərində əsaslı təmir-bərpa işləri aparılır. Bunlardan  28 ünvanda işlər başa çatmış, hal-haızrda 182 ünvanda işlər davam edir.

MKTB-nin qarşısında duran əsas vəzifələrdən biri də rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.

Rayon Sukanal İdarəsi üzrə 2018-ci ilin altı ayı  ərzində  bir sıra işlər görülmüşdür. Rayon Sukanal İdarəsi üzrə  01.07.2018-ci il tarixinə   qeydiyyata alınmış   202073 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı  72262 abonent təşkil edir, o cümlədən: əhali sektoru üzrə 64662 abonent, qeyri- əhali sektoru üzrə-7600 abonentdir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i, yəni 200573 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunmuşdur.

“Azəristiliktəchizat” ASC  1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində rayon ərazisində 26  ədəd qazanxana 19 ədəd istilik məntəqəsi  fasiləsiz olaraq  220  ədəd yaşayış  binası,  6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti istilik enerjisi istehsal edərək fasiləsiz istiliklə təmin etmişdir.

Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 2018-ci ilin   6 ayı ərzində müvafiq tədbirlər görülmüşdür.  Bekə ki,110/35/10 kv-luq y/st-da 21 ədəd, y/st-da 7 ədəd XSTR transformator, 10/6kv-luq y/st-da 26 ədəd TM, 35 kv-luq Y/st-da 3 ədəd k/x və onun avadanlıqları cari təmir edildi. Y/st-da 10 kv-da 1 ədəd C/TR-rı dəyişdirilmiş və abadlıq işləri aparılmışdır. 10/6/0,4 kv-luq istismar şöbəsi üzrə 72 ədəd TM və 13 ədəd KTM də  elektrik  avadanlıqları təftiş olunmuşdur.

Şəbəkənin öz gücünə 750 ədəd sayğac panoları təmir olunub, SMS sayğacların quraşdırılması üçün hazırlanmışdır. Alçaq gərginlik lövhələrinin təmiri və yenidənqurması zamanı 5 ədəd 250A, 400А-lik, 0,4 kv-luq ayırıcılar quraşdırılmışdır.

Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə cari ilin 2-ci rübündə bir sıra tədbirlər, o cümlədən gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

Ümumilikdə İdarə tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində gənclər sahəsi üzrə keçirilən 29 tədbirdə 4177 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

2018-ci ilin yanvar-iyun ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 10 tədbirdə 1604 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Narkomanlığa və narkotik vasitələrin  qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nəsimi rayon komissiyasının 2018-ci ilin 6 ayında illik iş planına əsasən rayonun orta təhsil müəssisələrində tədbirlər keçirilmişdir. Belə ki, yanvar ayının əvvəlindən bu günə kimi orta məktəblərdə və liseylərdə rayonun Polis İdarəsinin əməkdaşları və komissiya üzvləri ilə birlikdə “Narkomaniyaya YOX deyək” mövzusunda tədbirlər təşkil edilmişdir.

Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları ilə “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda toplantılar, diskussiyalar təşkil edilərək keçirilir.

Bundan əlavə, komissiya tərəfindən 2018-2019-cu tədris ili ərzində də gənclər arasında narkomanlığın qarşısının alınması və gənclərin digər neqotiv hallardan uzaq tutmaq üçün bir sıra məktəblərdə də marifləndirmə işləri aparılacaqdır.

“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların ləğvi üzrə” komissiya tərəfindən 2018-ci ilin 6 ayında  (2 dəfə) 54 vətəndaşdan müsadirə edilmiş 2 kq 87.394 qram olan narkotik maddələr kommisiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır. Bunlardan 37,297 qram heroin, 1 kq 962.557 qram qurudulmuş marixuana,  37.27 qram  həşiş qətranı, 53.27 qram tiryək olmuşdur.

2018-cı ilin II rübündə müsadirə edilmiş narkotik vasitələrin aktları tərtib edilmiş və lazımi orqanlara göndərilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyan, bu sahədə görülən tədbirlər və onların nəticələri və s. barədə əhalini məlumatlandırmaq  məqsədi ilə 30.01.2018-cı il tarixdə  “İki Sahil” qəzetində “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə” üzrə Nəsimi rayon komissiyasının ötən il ərzində gördüyü işlər barədə məqalə dərc edilmişdir.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır.

2018-ci ilin ikinci rübü ərzində rayonda Rayon Icra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olunmuşdur. 

Aprel ayının  9-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilmişdir.

Aprel ayının 11-i Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezident Seçkilərinə hazırlıqlar  seçkilərin demokratik, şəffaf və  seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Rayonu əhatə edən  21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Seçki Dairələrində bu siyasi kompaniyanın bütün mərhələləri ilk gündən başlayaraq qanunuvericiliyə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun həyata keçirilib. Seçicilər rayon üzrə ümumilikdə 78  seçki məntəqəsində səs vermişlər. Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən bütün seçki məntəqələrində xüsusi canlanma müşahidə olunmuşdu. Rayon sakinləri seçkilərdə mütəşəkkil iştirak etmiş, seçkilər rayonda yüksək seçici fəallığı şəraitində keçmişdir.  

Aprel ayının 11-də  Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı qələbə Nəsimi rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanmışdır. Səsvermənin ilkin nəticələri açıqlanan kimi, rayon fəalları, sakinlər Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşkil etdiyi “Mənim Prezidentim” adlı möhtəşəm konsert keçirilmişdir.Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının rəngarəng çıxışlarından sonra atəşfəşanlıq olmuşdur.

Aprel ayının 16-da Bakı Slavyan Universitetində “Azərbaycan Plovu Günü” adlı tədbir keçirilib. Tədbirdə Ukrayna  Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarus Respublikasının Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, Azərbaycan Respublikası Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə, Ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova,Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak etmişlər.

Aprel ayının 18-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 18-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə  M.Əliyev küçəsi 210 ünvanda “Vinter” otelinin konfrans zalında səyyar qəbul keçirmişdir. RİH Başçısı sakinləri xalqımız və ölkəmiz üçün çox əlamətdar bir hadisə - cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərək,  vətənimizin möhtərəm Prezidentimizin rəhbərliyi altında durmadan inkişaf etdiyini, quruculuq işlərinin ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da  uğurla aparıldığını və Nəsimi rayon sakinlərinin seçkilərdə yüksək fəallıq göstərdiyini, onların mütləq əksəriyyətinin  cənab İlham Əliyevə səs verdiklərini bildirmişdi.

Qəbulun gedişində sakinlər cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sevinclərini bölüşərək ürək sözlərini bölüşmüş və onları maraqlandıran məsələlər barədə müraciət etmişlər. Sakinlərin müraciətləri məhəllənin işıqlandırılması, mənzil növbəsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, kafe-bar obyektinin narahatlıq yaradan fəaliyyəti, dam örtüyünün təmiri barədə olmuşdur. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.   

Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi  rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə  bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  təşkil olunmuşdur.  Keçiriləcək tədbirlər çərçivəsində rayonun  orta  məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.

Aprel ayının 24-də  Nəsimi  rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadimi  Zərifə xanım Əliyevanın  əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.
Sərgidə   Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti», həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov   və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri nümayiş olunmuşdur. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri  Nəzrin Aslanlı, Fatimə Cəfərzadə, Orxan Cəlilov, Suada  Hacızadə, Atabala Manafzadə  və Pərviz Məmmədov  müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər. Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında  Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Aprel ayının 25-də  R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin konserti  keçirilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin   Nəfəs və zərb alətləri orkestri, Xalq çalğı alətləri ansamblı,  Xor kollektivi və beynəlxalq müsabiqələr laureatları Azərbaycanın və xarici bəstəkarların  musiqi əsərləri  ilə çıxış etmişlər. Tədbirdə Musiqi Kollecinin beynəlxalq müsabiqələr qalibi olmuş bir qrup tələbəsinə diplom və hədiyyələr təqdim edilmişdir.

Aprel ayının 25-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov və  “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev  onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını birdirmişlər.Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq bağlamaları  təqdim olunmuşdur.

Aprel ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 25-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə S.Vurğun küçəsi 112 ünvanda yerləşən inzibati binanın zalında səyyar qəbul keçirmişdir. Səyyar qəbulda  Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə sakinlərə məlumat verildi. Qəbulda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn pilot layihələrin dövlət tərəfindən atılan təqdirəlayiq addımlardan olduğu qeyd edilmiş, ərazidə bu layihələrin həyata keçirilməsi zamanı uşaq bağçaları-körpələr evinin tikilməsinə ehtiyac olduğunu bildirmişdir. Rayon ərazisində 70-dən çox layihələrin müzakirə olunduğunu, 32 pilot layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlərin aparıldığını, 21 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığını və bu işlərin davam etdirildiyi qeyd edilmiş və pilot layihələrdə uşaq bağçaları-körpələr evinin nəzərdə tutulduğunu vurğulamışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Aprel ayının 26-da Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və  Tibb Universitetinin rektoru oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişdirlər.  Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişdilər. Pulsuz tibbi müayinəsi təşkil edilmiş aztəminatlı ailələrdən olan bir qrup məktəbliyə tədbirdə  eynəklər hədiyyə edilmişdir. Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin konsert proqramı ilə davam etmişdir.

Aprel ayının 26-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilmişdir. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.

Aprel ayının 27-də 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə keçirilmişdir. Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə,    42 saylı tam orta məktəbin komandası  II  yerə,  Bakı Atatürk Liseyin komandası II yerə, 151  saylı tam orta məktəbin komandası IV  yerə layiq görülmüşdür.

Aprel ayının 30-da  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq   1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə4-cü mikrorayon, MirCəlal küçəsi 40 ünvanda yerləşən 247 saylı məktəbin akt zalında səyyar qəbul keçirmişdir. Sakinlər mənzil ilə təmin olunma, binalarda girişlərin işıqlandırılması, uzun illər qanunsuz çəpərlənmiş sahələrin təmizlənməsi, sahibsiz heyvanlarla bağlı tədbir görülməsi, tikinti ərazisindən çıxan yük maşınlarının yolları çirkləndirməsi barədə müraciətlər etmişdilər.

Azərbaycan Xalq Cümhuriyyətnin yaradılmasının 100 illiyi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilmişdir.

May ayının 2-də 1 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın bölgələrinə aid sərgi, divar qəzetləri,  kitab, fotoşəkil guşələri, Cümhuriyyət liderləri haqqında stendlər təşkil edilmişdir.

May ayının 2-də  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 95 illik yubileylərinə həsr olunmuş konsert keçirilib. Konsertdə şagirdlərin ifasında Niyazi “Arzu”, D.Şostakoviç “Vals zarafat”, S.Raxmaninov “Vokaliz”, K.Veber “Konsertino”, F.Əmirov “Min bir gecə” baletindən oxatanların rəqsi, V.Monte “Çardaş” və digər bəstəkarların əsərləri səsləndirilib.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilmiş,   idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.

May ayının 3-də Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə  həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir.

 Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Sevinc Hüseynova, Vahid Əhmədov, Cavanşir Paşazadə, Elman Nəsirov, Mahir Aslanov,  Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi  Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak etmişlər.

Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə Fikrət Əmirovun, Müslüm Maqomayevin, Cahangir Cahangirovun,  Emin Sabitoğlunun, Tofiq Quliyevin əsərləri ifa edilmiş və   xalq artisti Mənsum İbrahimovun, əməkdar artistlər Zakir Əliyevin, İlqar Muradovun, Cahangir Qurbanovun, tanınmış incəsənət nümayəndələri - Rövşən Əzizin, Pərviz Qasımovun, Rəşad İlyasovun, Fəridə Hüseynovanın, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Sərxan Bünyadzadənin  və digərlərinin  ifaları, xüsusilə əməkdar artist Anar Şuşalının  ifasında  Sevil Əliyevanın “Ana” mahnısı mərasimi daha rəngarəng etmişdir. Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilmişdir.

May ayının 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konserti  keçirilmişdir. Konsertdə  kollecin tələbələrinin ifasında bəstəkarlardan Cahangir Cahangirovun, Siyavuş Kəriminin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun mahnıları ifa olunmuşdur.

May ayının 4-də   Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə S.Vurğun küçəsi 49 ünvanda yerləşən   “Dünya Biznes Mərkəzi” binasının zalında səyyar qəbul keçirmişdir. Sakinlər mənzil ilə təmin olunma,  həyətin asfalt örtüyünün təmiri, yeraltı keçidlərin eskalatorlarının təmir edilməsi, küçə ticarəti ilə bağlı tədbir görülməsi barədə müraciətlər etmişdilər.

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.

May ayının 5-də Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur.

 Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yardımlar verilmişdir. Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən  Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.

Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında  veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

May ayının  8-də Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməcilikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.

May ayının 9-da keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik zamanı rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif   Məhərrəmov küçəsindəki parkda,  Vaqif  prospekti  boyunca və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  50000-dən artıq gül kolu əkilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri  Nəsimi rayonuna səfər etmişlər.

May ayının  9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olmuşlar.

May ayının  10-da Nəsimi rayonunda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəbul etmişdir. Görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev  Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.

May ayının  10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış,  10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə səfərə gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri də iştirak etmişlər. Bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilən parkın açılış mərasimində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və müxtəlif rəqs nömrələri təqdim edilmişdir.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov və İzmit bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Cavadxan küçəsində müxtəlif növ həmişəyaşıl ağaclar əkmişlər.

May ayının  11-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Səyyar qəbulda  M.Qaşqay, R.Axundov,  S.Zeyalov küçələri və Azadlıq prospektini və yaxın əraziləri əhatəsində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, yeniyetmələrin yay fəslində istirahətlərinin səmərəli təşkili,  ünvanlı sosial yardım verilməsi, pilot layihə çərçivəsində təzminat verilməsi barədə müraciətlər etdilər. Həmçinin  Nəsimi rayonunda hökumətin qərarı ilə qəzalı və görkəmsiz binaların yerində yeni və yaraşıqlı binaların inşa edilməsi ilə şəhərin simasının daha da gözəlləşdiyini qeyd edərək pilot layihələr çərçivəsində mərkəz hissədə hələ də qalmaqda olan istismar müddətini keçmiş yaşayış binalarının sökülərək sakinlərin yeni binalara köçürülməsi istəyində olduqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

May ayının  11-də Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq Nəsimi rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “İSR Plaza”da “İşsizlikdən Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda kiçik və orta sahibkarların, idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

May ayının  14-də  Nəsimi   rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan  Respublikasının Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə  “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada gənclər, yeni ailə qurmuş cütlüklər, 40-50 il birgə ömür sürmüş nümunəvi ailələr iştirak etmişlər.

May ayının  15-də  Nəsimi rayonunda Xalq Cumhuriyyətinin 100 illiyi və Beynəlxalq Ailə günü münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan  50 ilə yaxın  birgə ömür sürmüş  25  ailə,  ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq  4  cütlük  və qonaqlar  iştirak  edirdilər. Bayram tədbirində fəallıq göstərən 25 ailəyə fəxri diplomlar təqdim olundu.Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında 100 ədəd qızılgül  kolları əkdilər. 

May ayının  15-də  Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   məktəbəqədər təhsil müəssisələrində  silsilə tədbirlər təşkil edilib keçirilmişdir.

May ayının  16-da A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Şərqdə ilk qalibiyyət günəşi” adlı tədbir keçirilmişdir.

Tədbirdə  şagirdlərin rəsmlərindən, əl işlərindən, dulusçuluq nümunələrindən, milli naxışlarla toxuma işlərindən  və milli mədəniyyətimizlə bağlı qədim əşyalardan ibarət təşkil olunmuş sərginin nümayiş olunmuşdur.

May ayının  19-da 100 saylı körpələr evi-uşaq bağçasında, may ayının  22-də    96 saylı körpələr evi-uşaq bağçasında, may ayının  29-da   127 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbirlər təşkil edilib  keçirilmişdi. Bayram tədbirlərində bağça uşaqlarının  rəqsləri və Vətənə  həsr olunmuş şeirləri tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

May ayının  19-da Müharibə və əmək əlilləri pansionatında Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.Ahıl vətəndaşların günlərinin maraqlı keçirilməsi üçün təşkil olunan tədbirlər çərçivəsində pansionatda müsəlman şərqində ilk demokratik Respublikanın yaranmasının 100 illik yubileyi qeyd olundu.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Bakı Musiqi Akademiyasının tələbələrinin ifaları maraqla qarşılanmışdır.

May ayının  22-də   Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə 46 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilmişdir.

Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video materiallar nümayiş olunmuşdur.

May ayının  23-də    Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda sakinlər onları maraqlandıran məsələlər barədə  o, cümlədən mənzil növbəsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, kanalizasiya xəttlərindəki nasazlıq, mərkəz hissədə yollardakı tıxaclarla bağlı tədbirlər görülməsi barədə müraciət etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

May ayının  23-də   Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş konsert keçirilmişdir. Bayram konsertində  musiqi məktəbinin istedadlı  şagirdlərinin ifasında Ü.Hacıbəylinin, Q.Qarayevin,  T.Quliyevin, T.Bakıxanovun, Niyazinin əsərləri dinlənilmiş və  tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.  

May ayının  25-də   Nəsimi rayon İcra hakimiyyətinin,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Zabitlər parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilmişdir. 

May ayının  26-da   Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının,  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirildi. Tədbirdə  ahıl Nəsimi rayon sakinləri - müharibə və əmək veteranları rayonun mövcud yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkmişlər.

May ayının  30-da Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, binanın zirzəmisində kanalizasiya xəttinin təmir olunması, küçələrdə qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin yığışdırılması barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

May ayının 31-də Nəsimi  rayon  İcra  Hakimiyyəti  Başçısı tərəfindən təsdiq edilmiş rayon İcra Hakimiyyətinin  2018-ci il üçün  Mülki müdafiə  üzrə tədbirlər planına  əsasən   rayonun mülki müdafiə rəhbər heyətinin məşqi keçirilmişdir. Tədbirdə rayonun ayrı-ayrı idarələrinin və xidmət sahələrinin rəhbər heyəti, rayon Polis İdarəsinin, rabitə müəssisəsinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişlər.

Uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib keçirilmişdir. 

May ayının 31-də 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bayram tədbiri keçirilmişdir. Tədbirdə  Gənc Tamaşaçılar Teatrının nağıl qəhrəmanlarının  çıxışları və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin  kollektivinin ifasında  Azərbaycan və dünya xalqlarının  rəqsləri uşaqlara təqdim edilmişdir.

May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılmış, hədiyyələr verilmiş və uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər. Tədbirdə “Günay” uşaq teatrının kollektivi uşaqlar qarşısında rəqslər edərək onlarla birlikdə əylənmişlər.

İyun ayının 1-də  “Qərənfil” körpələr evi-uşaq bağçasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bayram tədbirində bağça uşaqlarının ifasında rəqslər və şeirlər tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Müasir İnnovasiyalar Liseyi tərəfindən  Səməd Vurğun adına bağda   1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir.

164 saylı tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdi. Bayram tədbirində şagirdlərin  ifasında rəngarəng rəqslər, şeirlər və kompozisiyalar  tədbirdə iştirak edən qonaqların alqışları ilə  qarşılanmışdır.

İyun ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlər  bir sıra məsələlərlə bağlı o cümlədən pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, məcburi köçkün yataqxanasında məskunlaşanların köçürülməsi barədə, yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı müraciətlər etdilər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

İyun ayının 6-da 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən  S.Vurğun adına Azərbaycan  Dövlət  Rus Dram Teatrında “Bizim rəqs dünyamız” təntənəli bayram konserti keçirilmişdi. Konsertdə milli, nağıl qəhrəmanları, müasir  və dünya xalqlarının rəqsləri nümayiş olunmuşdu. Rəqs qruplarının ifa etdiyi “Odlar yurdu”, “Çobanlar”, “Yelpənəklər”, “Aşbazlar” kimi süjetli rəqslər, “Koreya”, “Gürcü”, “İspan”, “Şərq”  kimi bir-birindən baxımlı rəqslər öz gözəlliyi  və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

İyun ayının 5-də 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Texniki-Humanitar lisey və Müasir İnkişaf  İctimai Birliyinin birgə əməkdaşlığı ilə konfrans təşkil olunmuşdur. Uşaqların müdafiəsi günündə silsilə tədbirlərin keçirilməsində əsəs məqsəd onları hüquq və vəzifələri haqqında maarifləndirmək və uşaq zorakılıqlarına qarşı birgə mübarizə aparmaqdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər keçirilmişdir.

İyun ayının 5-də 14 nömrəli tam orta məktəbdə, iyun ayının 8-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 42 saylı  tam orta məktəbdə tədbirlər təşkil edilib  keçirilmişdir.  İyun ayının 8-də Nəsimi rayonu S.Poladi adina 159 N-li tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və  Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə  dövlətin atributlarından, dövlətçilik rəmzləri barədə məktəblilərə ətraflı məlumat verilmiş,  “Ümummilli lider Heydər Əliyev ordu haqqında”  video çarxı nümayiş olunmuş və  159 saylı tam orta məktəbin  şagirdləri Bayrağa “Sədaqət” Andı içmişdilər.

İyun ayının 11-də  Nəsimi rayonunda “Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrəsi rayonun 3-ci mikrorayon ərazisində yerləşən «Gold Baku»  şadlıq  sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.

İyun ayının 12-də 15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  3-cü mikrorayon  Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin  səmərəli keçirilmələri  üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası  quraşdırılmışdır. R.Məmmədov 17 və 19  ünvanınında istifadəyə verilmiş “Abad həyətin” sakinləri  öz binalarının həyətlərində  aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

İyun ayının 12-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 3 -cü mikrorayon, Rəşid Məmmədov küçəsi 17 ünvanda yerləşən həyətdə səyyar qəbul keçirmişdir. 

Sakinlər bir sıra məsələlərlə ilə bağlı,  o cümlədən qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, həyətlərdəki yaşlı hündür ağacların budanması, “Abad həyət” layihələri çərçivəsində qonşu həyətlərdə də abadlıq işlərinin aparılması, bayram ərəfəsində yardımların göstərilməsi, yay mövsümündə məktəblilərin istirahətinin təşkili ilə bağlı barədə müraciətlər etdilər.  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

İyun ayının 13-də  15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuş, uşaqlar parkdakı oyun - əyləncə qurğularından istifadə edərək əylənmişlər.  Tədbirdə 111 saylı tam orta məktəbin və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin şagirdləri  konsert proqramı ilə çıxış etmişlər.

İyun ayının 13-də  Nəsimi rayon İcra Hakimiyyətində “Açıq qapı” günü təşkil olunaraq  rayon sakinlərilə görüş keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı Aparatının, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, aqsaqqallar, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak edirdilər.

Görüşə gəlmiş sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil məsələlərinin həlli, təmir işlərinin aparılması, yay düşərgələrinin təşkili barədə müraciətlər etdilər. Sakinlər və ictimaiyyət nümayəndələri çıxışlarında Ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, bu günkü əmin-amanlığın, müstəqilliyimizin qurucusu olaraq tarixi xidmətlərini qeyd etmiş və  dövlət başçımız cənab İlham Əliyevin, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində ölkəmizin tərəqqisi və xalqımızın firavan həyatı naminə görülən işlərə görə minnətdarlıqlarını bildirmişlər.Tədbirin sonunda rayonun aztəminatlı ailələrinə bayram sovqatları verilmişdir.

İyun ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, bilik bayramı yüksək səviyyədə keçirilmişdir.

Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdi. “Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış  Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar  iyun ayının 20-21-də Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələri Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsinə səfər  edərək xidmət edən əsgər  və zabitlərlə görüşmüşlər.  

Müdafiə Nazirliyinin Goranboy  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə getmiş  qonaqlar  hərbi hissəsnin komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmışlar. Sonra   26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayonundakı «N» saylı hərbi hissə ilə birgə bayram tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin hədiyyələri və  rayonun orta məktəb şagirdlərinin əsgərlərə ünvanladıqları məktublar  şəxsi heyətə təqdim edilmiş,  xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr günü  ərəfəsində tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.

Bayram tədbiri zamanı gənc əsgərlərin iştirakı ilə nümunəvi çıxışlar və flaşmoblar tamaşaçılara təqdim olunmuşdur. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur.  Konsertdə iştirak edən  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin gənc üzvləri əsgərlərimizlə birlikdə rəqslər etmişlər. Bayram tədbirindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti tədbirin təşkilinə görə Nəsimi rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.

İyun ayının 23-də  “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri xiyabana gedərək  xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini və  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad etmişdilər.  Həmin gün daha sonra   Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Tədbirdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşlar.

İyunun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, İctimai Etimad Şurasının üzvləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

Tədbirdə  universiteti ən yüksək nəticələrlə bitirən məzunların adları simvolik kötüyə həkk olunub, onlara ADNSU-nun xatirə hədiyyələri təqdim edilib.Tədbir konsert proqramı ilə davam etdirilib.

İyunun 28-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  Azadlıq prospekti, Süleyman Rüstəm, Ruhulla Axundov, Vladislav Plotnikov, Rəşid Behbudov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətləri dinlənılmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların yay istirahətinin səmərəli təşkili, qonşular arasında yaranmış mübahisənin həll edilməsi, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli geyimlərinin ayrılmasına köməklik göstərilməsi barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır. 

Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər  təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

İyun ayının 28-də   bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillərin Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində istirahəti təşkil edilmişdir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, əmək veteranları  Məleykə Ağazadə, Novruz Quliyev,  və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirdilər.

İyun ayının 30-da   Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Polisi günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbirdə bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının müraciətlərinin elektron qəbulu sisteminə nəzarət edilmiş, Rayon İcra Hakimiyyətinə və Apellyasiya Şurasına sahibkarlardan və dövlət qulluqçularından yarım il ərzində   şikayət müraciətləri daxil olmamışdır.

Аzәrbaycan Respublikası Prezidentinin 27 аprel 2016-ci il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Аçıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün  Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcta Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatyların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin internet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatının internet səhifəsində açılması, toplantı və yığıncaqlarda, sakinlərlə görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

RİH Başçısinin yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Rüb ərzində aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir.

Hesabat dövründə əhalinin sosial müdafiəsi, mənzil-məişət, birdəfəlik maddi yardımlarla bağlı məsələləri barədə müraciətləri diqqət mərkəzində  saxlanılaraq əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən  vətəndaşlara köməkliklər göstərilmişdir.

20 Yanvar və Xocalı faciəsi günləri, “Novruz Bayramı” və “Ramazan” bayramı ərəfələrində ərzaq payı və maddi yardımlar göstərilmiş, iftar süfrələri açılmışdır.

Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Hesabat dövrü ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

Hesabat ili ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

2018-ci ilin 6 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2018-ci ilin 6 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1772 ərizə və müraciət  daxil olmuşdur.           

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayı ərzində sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvəllər səfərbər ediləcəkdir.

Keçidlər