Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur

12 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının  yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir. Respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb.

Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmışdır. Ötən ili bütün sahələrdə ciddi nailiyyətlərlə yola salmış nəsimililər 2018-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırmışlar.

Cari ilin aprel ayının 11-də respublikamızda keçirilmiş Azərbaycan Respublikasının Prezident seçkilərində Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir.

 

Ümumilikdə rayon üzrə 96 708 seçicidən 66 222 nəfəri yəni - 68,48 %-i seçkilərdə iştirak etmişdir. Iştirak etmiş seçicilərin 56 315 nəfəri, yəni – 85,04%- Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir.

Nəsimi rayonunun inkişafına göstərilən daimi himayənin nəticəsidir ki, cari ilin birinci yarısında rayonun sosial-iqtisadi  həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur. Bunu konkret fakt və rəqəmlər də aydın göstərir.

Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmiş və əməli tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işləri davam etdirir.

Rayon ərazisində   müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılmış, 23 layihə üzrə söküntü tikinti işləri aparılır.

Ümimiyyətlə, rayon  ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparmışdır.

Nəsimililər  ənənəvi olaraq cəbhə xətindəki  “N” saylı hərbi hissədə  olmuşlar. Sağlam həyat tərzi, əhalinin asudə vaxtının səmərəli təşkili, gənclərin problemləri ilə bağlı bir sıra görüş və müzakirələr də keçirilmişdir.

 Hesabat dövründə  rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

2018-ci ilin 1-ci yarısında «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.

İclasda  Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, “Fədək” MTK-nın sədri Yavər Qurbanov, Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, rayon ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının QƏRARI qəbul edilmişdir.

Keçidlər