Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda müraciətləri dinlədi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səyyar qəbulda sakinlərin müraciətlərini dinləmişdir. RİH başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.
Sakinlərdən Novruzova Ofelya, İsgəndərov Ramiz, Məmişov Həmdulla, Cəfərli Cəmalə, Orucov Ələsgər, Camalova Məhbubə, Məmmədova İlahə, və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil növbəsinə götürülmə, yaşadıqları məhəllədə hündür ağacların budanması, aztəminatlı ailə olaraq məktəbli formasının verilməsi, uşaqlar üçün yay istirahət düşərgələrinin təşkili, isti yay günlərində həyətlərdəki ağacların, yaşıllıqların suvarılması, 3-cü Alatava ərazisindəki evlərin də pilot layihələr siyahısına salınması barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.