Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 4-cü mikrorayonda səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2018-ci il iyul ayının 17-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 4-cü mikrorayon, Asif Məhərrəmov küçəsi 68 ünvanda yerləşən həyətdə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda 20 Yanvar küçəsi, MirCəlal və Asif Məhərrəmov küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Abbasova Samirə, Qəhrəmanova Mərcan, Həsənova Fatma, Məlikov Ramiz, Vəliyev Həbib, Humay Pənahova və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən binanın dam sahəsindən su çənlərinin yığışdırılması, “Abad həyət” layihələri çərçivəsində qonşu həyətlərdə də abadlıq işlərinin aparılması, məktəbli geyim forması ilə köməklik göstərilməsi, eyvanda şüşəbəndin təmir olunması, əlavə zibil qutularının qoyulması barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.