Nəsimi rayonunun “Gənc Sərhədçilər ”ın Şəki şəhərinin tarixi-mədəni abidələrinə ekskursiyaları təşkil edilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidməti ilə birgə Qəbələ rayonunda həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən bir qrup yeniyetmə üçün “Gənc Sərhədçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.
Düşərgədə məktəblilərin istirahəti üçün maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilir. Nəsimi rayonunun “Gənc Sərhədçilər”inin Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə maraqlı ekskursiyaları təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.