Nəsimi rayonunun “Gənc Sərhədçilər ”inin düşərgədə istirahətləri davam edir
Nəsimi Rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidməti ilə birgə Qəbələ rayonunda həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən bir qrup yeniyetmə üçün “Gənc Sərhədçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.
Düşərgədə uşaqların istirahəti üçün hər cür şərait yaradılmış, məktəblilər hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunurlar. Düşərgə iştirakçıları hər gün səhər tezdən yuxudan oyanıb günə səhər idmanı ilə başlayırlar. Birlikdə təzə təbii məhsullarla səhər yeməyini yedikdən sonra günün cədvəlinə əsasən maraqlı tədbirlər və yarışlarla günə davam edirlər.
Düşərgə günün sonunda əyləncəli tədbirlər, rəngarəng rəqslərlə başa çatır.