Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc Sərhədçilər ”inin düşərgədə əyləncəli istirahətləri

12 iyul 2018 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Dövlət Sərhəd Xidməti  ilə birgə Qəbələ rayonunda  həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən bir qrup yeniyetmə üçün “Gənc Sərhədçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir. 

Düşərgədə məktəblilərin istirahəti üçün  maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar təşkil edilir. Aparılan ekskursiyalar və gəzintilər məktəblilərin dünyagörüşünün, onların Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət edir. Düşərgədə uşaqlar arasında futbol, voleybol, tennis və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc Sərhədçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar.  Keçirilən bilik və  idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan edib.

 

 

Keçidlər