Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmşdir.

26 iyul 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Zahidova  Sevinc, Qədimli Abdul, Abdullayeva Gülşən, Nurova Aminat, Məmmədova Esmira, Əmirullayeva Aytən və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik, uşaqların yay istirahətinin səmərəli təşkili, qonşular arasında yaranmış mübahisənin həll edilməsi, aztəminatlı ailələrdən olan uşaqlara məktəbli geyimlərinin ayrılmasına köməklik göstərilməsi barədə müraciətlər etdilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.

Keçidlər