Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

11 sentyabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda sakinlər onları maraqlandıran məsələlər barədə müraciətlər etmişlər. Sakinlərdən Babayeva Arzu, Qasımova Sədaqət, Hüseynova İlhamə, Abbasova Məlahət, Məmmədova Gülnarə və digərləri bir sıra məsələlərlə ilə bağlı,  o cümlədən köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, ət kəsimi ilə bağlı məntəqələrin yaradılması, pilot layihələrdə məktəbəqədər müəssisələrin tikilməsinin nəzərdə tutulması, məktəbli forması ayrılması barədə müraciət etmişlər. Vətəndaş Məmmədova Sevil məcburi köçkün olaraq əvvəlki səyyar qəbul zamanı qaldırdığı məsələnin müsbət həllinə görə razılığını bildirərək, atılan addımların ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına yönələn diqqət və qayğılarının bariz nümunəsi olduğunu qeyd etdi.

RİH  başçısı Asif Əsgərov tərəfindən müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat və qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. 

Keçidlər