Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbul keçirilmişdir

14 sentyabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda K.Səfərəliyeva, Ağadadaş Qurbanov, Vidadi  küçələrində, Azadlıq pr. və digər küçələrdə yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Süleymanov Elton, Müzəffərova Mafizə, İsayeva Aytən, Ismayılova Roza, Məmmədov Rafiq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil və təzminat məsələləri, məktəbli geyim forması ilə köməklik göstərilməsi, eyvanın təmir olunması barədə müraciətlər etdilər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mərkəz hissədə aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin, “Bakı Abadlıq” İdarəsinin  məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir. 

Keçidlər