Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

21 sentyabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cəlil Məmmədquluzadə, Süleyman Rüstəm, Y.V.Çəmənzəminli və yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlərdən Gülnarə Hacıyeva, Niyaz Nəbiyev, Tatyana Suxominova, Sahilə Allahverdiyeva və digərləri bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, küçəyə asfalt örtüyünün vurulması, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Keçidlər