Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

25 sentyabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2018-ci il sentyabr  ayının 25-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 4-cü mikrorayon, Kazımovski və Cavadxan küçələrini əhatə edən ərazidə yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Cəfərov Rəşid, Dünyamalıyev Oruc, Osmanova Gülüstan, Səlimov Faiq, Məmmədov Eldar, Səttarov Məhəmməd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən məhəllələrdə qanunsuz çəpərlərlə bağlı tədbirlərin görülməsi, binanın dam sahəsindən su çənlərinin yığışdırılması, mənzilə dair sənədləşdirmə, küçələrin işıqlandırılmasının yaxşılaşdırılması, istilik təchizatının yaxşılaşdırılması barədə müraciətlər etdilər. Onlar həmçinin, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda  həyata keçirilən abadlıq və quruculuq işlərinə, əhalinin rifahının yüksəldilməsinə, sakinlərin istirahətinin yaxşılaşdırılmasına yönələn tədbirlərə görə ölkə başçısına minnətdarlığını bildirmişlər. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə insanların həyat şəraitinin yaxşılaşdırılmasına dair  görülən ardıcıl işlər barədə RİH başçısı məlumat verdi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

Keçidlər