Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 2-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi 1, 3, 5, 7 saylı binaları əhatə edən ərazidə yaşayan sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Əlizadə Kifayət, Əliyev Əlövsət, Salmanzadə Svetlana, Əliyev Əli, Musayeva Nəcibə və digərləri Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə, sakinlərin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək bir sıra məsələlərlə bağlı, o cümlədən binalarda istilik təchizatının yaxşılaşdırılması, binanın ümumi dəhlizinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, məişət tullantıları meydançasının yerinin dəyişdirilməsi barədə müraciətlər etdilər. Müraciətlərlə bağlı müvafiq izahatlar verilməklə, baxılması və həlli istiqamətində qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə irimiqyaslı layihələrun uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə insanların həyat şəraitinin yaxşılaşdırılmasına dair görülən ardıcıl işlər barədə RİH Başçısı məlumat vermiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.