Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqrımı Günü

30 mart 2013 | 16:00

29.03.2013-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasının Akt zalında 31 Mart – Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov 1918-ci ildə baş vermiş hadisələrdən, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən danışdı. O, çıxışında tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən bəhs etdi. Sonra bütün soyqrıma məruz qalmış soydaşlarımız və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xalid Kərimov geniş məruzə ilə çıxış etdi. O da məruzəsində hadisələrin tarixi aspektlərinə toxundu və qeyd etdi ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictumaiyyəti tərəfindən duyulmaqdadır.
Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev çıxışında Azərbaycan xalqının başına gətirilən müsibətlərin gənclər tərəfindən xatırlanması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışdı.
Daha sonra çıxış edən qonaqlar da öz çıxışları zamanı əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, törətdikləri vəhşilikərdən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdılar və dünya ictimaiyyətinin bu məsələlərə ədalətli mövqedən yanaşmasını gözlədiklərini bildirdilər.

Keçidlər