Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər”

11 oktyabr 2018 | 16:00

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xarici siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirəsi keçirilib. Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və baş məsləhətçisi Almaz Axundova, Nəsimi RİH-nin başçısının birinci müavini Gülarə Verdiyeva və rayon fəalları iştirak ediblər.

"Ambassador" mehmanxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarına görüşün mahiyyəti barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşadırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda ölkəmizin milli mənafelərinin qorunmsına yönəlmiş əməli dəyişkiliklər edildi.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirir.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələnərək özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını, bu gün də bu siyasətin uğurla yeridildiyini vurğulayıb.

Professor Elman Nəsirov mühazirəsində Azərbaycanın xarici siyasətində qazanılan uğurlardan başlayaraq, Ermənistanda baş verən son proseslərin regional təhlükəsizliyə təsirlərinə qədər bir çox mühüm əhəmiyyət kəsb edən məsələlər barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının fəallarının iştirakı ilə baş tutan tədbirin sonunda mövzu ətrafında diskussiya aparılıb.

Keçidlər