Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu üzrə üçüncü rübün yekunları haqqında HESABAT

13 oktyabr 2018 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rübün yekunları
haqqında

Oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı qeyd etmişdir ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Çünki ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan bu il də dinamik inkişafını təmin edərək yeni-yeni nailiyyətlərə imza atır.  "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib,  Azərbaycanın 3-cü peyki "Azerspace 2” orbitə göndərilib, TANAP-ın açılışı baş tutub,  Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub,  Bakıda 2 dəfə təntənəli hərbi parad keçirilib,  Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib, Masallı Sənaye Məhəlləsi faəliyyətə başlayıb,  Mingəçevirdə "ASAN həyat” kompleksi açılıb, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu istehsala başlayıb, Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen zavodu açılıb,  Bakı-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb,  Ələt-Astara-İran yeni magistral avtomobil yolu istismara verilib, Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Lahıca qaz xətti çəkilib, 11 rayonda xalça emalatxanası fəaliyyətə başlayıb,  Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə iki müəssisənin açılışı olub, Şamaxıda beynəlxalq standartlara cavab verən şərab zavodu açılıb, 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub, Valyuta ehtiyatları 45 milyard dollara çatıb, Xarici ticarət dövriyyəsi 37 faiz artıb, 1200 kilometr yol çəkilib, Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub, ÜDM 0,8 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artıb,  İnflyasiya cəmi 2,6 faiz təşkil edib, Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib, 42 tibb müəssisində təmir-tikinti işləri aparılıb. Ölkədə 85 min daimi iş yeri açılıb.

Bunlar müstəqil Azərbaycanda ilin 9 ayı ərzində reallığa çevrilən gerçəklikdir, verilən vədlərin yerinə yetirildiyini təsdiqləyən faktlardır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət davam edir. Doqquz ay müddətində ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Bu, Möhtərəm Prezidentimizin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir.

Nazirlər Kabinetinin iclasında bir daha reallığa çevrilən uğurlara nəzər salan dövlət başçısı qarşıdakı hədəfləri də müəyyənləşdirərək, ciddi tapşırıq və tövsiyələrini verdi.

Ümumiyyətlə, hər il olduğu kimi, bu il də ölkəmizdə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Bunu iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görmək olar. Məsələn, doqquz ayda iqtisadiyyatın, yəni, ümumi daxili məhsulun 0,8 faiz, qeyri-neft sektorunun 1 faiz, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artımı onu təsdiqləyir ki, ölkədə uğurlu sənayeləşmə siyasəti aparılır.

Azərbaycanda idxal artır və bu, əsasən sənayenin inkişafı ilə bağlıdır. İxrac idxalı böyük dərəcədə üstələyir.

Bu inkişaf təkcə sənaye sektorunda deyil, kənd təsərrüfatında da müşahidə olunmaqdadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti öz nəticəsini göstərir. Dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı keçirdiyi respublika müşavirələrində verdiyi tapşırıqlar kənd təsərrüfatında xeyli canlanma yaradıb. Doqquz ayda 4,3 faiz artım isə kifayət qədər uğurlu göstəricidir.

İlin əvvəlindən bu günədək valyuta ehtiyatlarımız 3 milyard dollar artıb. Hazırda bu rəqəm 45 milyard dollardır. Əgər diqqət etsək görərik ki, son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 25 dəfə artıb.

2003-cü ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı hazırlanarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Qısa müddət ərzində valyuta ehtiyatlarının 25 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

Azərbaycanda yaradılan əlverişli biznes mühiti hər zaman yerli və xarici investorlara geniş imkanlar yaradıb. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşu bunu bir daha təsdiqləyir. Həm xarici ticarət dövriyyəsi, həm də ixrac 37 faiz artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz yüksəlib.

Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyata yatırılan 9 milyardlıq vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, əlbəttə ki, iqtisadiyyatın bundan sonra da şaxələndirilməsinə xidmət edəcək.

Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb və inflyasiya cəmi 2,6 faiz təşkil edib. Əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. Dövlət başçısının dediyi kimi, inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, ölkənin maliyyə vəziyyəti çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu, reytinq təşkilatları da hesabatlarını açıqlayarkən göstərilən bu rəqəmlər sayəsində dünya birliyi Azərbaycanın uğurlu inkişafının şahidi olur.

Bir daha hər kəsə bəlli olur ki, Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Əlbəttə bu bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün planlarını həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb: "Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.

Dövlət başçısı bu gün Azərbaycanın çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkə olduğunu deyərək vurğuladı ki, verdiyi sözlə əməli arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan Prezidenti hər zaman tam müstəqil və prinsipial siyasət aparır. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetirir. Bütün bunların sayəsində Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir.

          İclasda gələn ilin dövlət büdcəsinə də toxunan Möhtərəm Prezidentimiz cənab İlham Əliyev büdcənin həm investisiyayönümlü, həm də sosialyönümlü olacağını bildirdi: "Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, prioritetlər düzgün seçilsin”.

Bu il regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. Dövlət başçısı gələn ilin əvvəlində növbəti, yəni dördüncü proqramın icrasına başlanılacağını bildirdi. Hazırda sənəd hazırlanır, son mərhələdədir.

Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.

Dövlət başçısı vurğuladı ki, bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Dövlət İnvestisiya Proqramı iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına istiqamətləndirilməlidir.

Beləliklə, ilin sonuna kimi -  Azərbaycanın Türkiyədəki "Star” neftayırma zavodu istifadəyə veriləcək, 137 modul tipli məktəb tikiləcək, Açılan aqroparkların sayı 13-ə çatacaq,  2800 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək,  İmişli və Şəkidə yeni "ASAN xidmət” mərkəzləri açılacaq,  Bakı şəhərinə əlavə 300 yeni müasir avtobus gətiriləcək, "Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir, Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur.

Ölkəmizdə bu il də iqtisadi sahədə köklü islahatlar davam etdirilir. İlin sonuna isə üç aydan az vaxt qalır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev əminliklə vurğuladı ki, ilin sonuna qədər nəzərdə tutulan bütün işlər görüləcək, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcək. Çünki cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.

Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.

          Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri aparılmışdır.

     Sentyabr ayının 12-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir. Bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib. Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub. 

     Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 8 saylı tam orta məktəbdir.

2018-ci ilin yanvar-sentyabr aylarında Nəsimi rayonunun

sosial, iqtisadi inkişafının makroiqtisadi

göstəriciləri

Nəsimi rayonunun sosial, iqtisadi inkişafında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq aşağıdakı nəticələr əldə olunmuşdur.                   

Sənaye

2018-ci ilin yanvar-sentyabr  aylarında ötən ilin müvafiq dövrünə  nisbətən 17,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir,

Rabitə

2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çox xidmət göstərilmişdir.

Nəqliyyat

2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,7 faiz çox xidmət göstərilmiş.

Tikinti

2018-ci ilin yanvar- sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,7 faiz çox  tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.  

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2017 -2018-ci illər) dinamikası

İstehlak bazarı və iaşə dövriyyəsi

            2018-ci ilin yanvar-sentyabr  aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə əvvəlki ilin eyni dövrünə nisbətən 12,9 faiz artıq əmtəə satılmışdır.  

 

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2018-ci ilin  yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən    7,0 faiz çox təşkil etmişdir.

Rayonun əsas sosial –iqtisadi göstəricilərinin

(2017 -2018-ci illər) dinamikası

İşcilərin sayı  və əmək haqqı

2018-ci ilin  yanvar-avqust aylarında  rayon  üzrə işçilərin  orta  sayı əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 337 nəfər və ya 0.2 faiz  artaraq 157548 nəfər təşkil etmişdir.

Yeni  açılmış iş yerləri

2018-cı ilin əvvəlindən rayon üzrə 5383 yeni iş yeri açılmışdır.

Demoqrafiya

2018-ci il oktyabr ayının 1-i vəziyyətinə Nəsimi rayonunda daimi əhalinin sayı  220,6 min nəfər olmuşdur. Nəsimi rayonunun ərazisi 0,01 min kvadrat kilometrdir. Əhalinin sıxlığı 1 kvadrat kilometrə  22060  nəfər təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı 2018-ci ilin 9 ayı ərzində ardıcıl tədbirlər davam etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində 9 ay ərzində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində əlavə olaraq 875 nəfər işə götürülmüşdür.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması üçün müvafiq işlər aparılmışdır.  Keçən dövr ərzində 70-dən çox təklifə baxılmış, 23 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır. Bir sıra layihələrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən baxılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə  Nəsimi rayonu ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, ümumi istıfadə ərazilərinin və ictımai yerlərin zəbt olunaraq obyektlərin tikilməsinin qətiyyətlə qarşısının alınması ilə bağlı Komiətə ilə əlaqəli tədbirlər həyata keçirilmişdir.  Rayon ərazisində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləşmə həyata keçirilmədən aparılan  bir neçə inşaat işləri rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdır.

“Ərazi Məşğulluq Proqramı”na əsasən 2018-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə müraciət edənlərdən 1409 nəfəri  daimi işlə təmin edilmişdir. İşə düzələnlərdən 1244  nəfəri fəhlə peşələrindən, xidmət sahələrindən olanlar, 165 nəfəri mühəndis-texniki işçilərdən olmuşdurlar.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  342  nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.

2018-ci ilin 9 ayı  ərzində 17 orta məktəbdə 1453 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

2018-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin qarşısına qoyulan məsələlər uğurla həyata keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsində 2018-ci ilin 9 ayı ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 25998 nəfər (5941 nəfəri işləyən, 20057 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16872 nəfər, əlilliyə görə əmək pensiyaçıları 6299 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2827 nəfər təşkil edir.

Sosial müavinət 4309 nəfər, Prezident təqaüdü 1349 nəfər, sosial yardım 271 nəfər olmaqla 5929 nəfər təşkil edir.

Bundan başqa 1941-1945 illər Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar “1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 03 nömrəli Sərəncamının icrası məqsədilə 101,5 min manat vəsait ödənilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının 1, 2 və 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2018-ci ilin doqquz ayı  ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdir.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə 2-ci mikrorayon, H.Seyidzadə küçəsi 5, 15, 25, 35 və 37 saylı yaşayış binalarının fasadlarında əsaslı təmir-bərpa işləri aparılmış, giriş qapıları və pəncərələri, suaxıdıcı boruları dəyişdirilmişdir.

H.Seyidzadə küçəsi 37 saylı binanın həyətində “Abad həyət” istirahət guşəsi, uşaq-oyun əyləncə guşəsi, “mini-futbol” meydançası yaradılmış, oturacaqlar quraşdırılmış, 1386 kv.m asfalt örtüyü vurulmuş, 205 p.m. bardyur düzülmüşdür.

H.Seyidzadə  küçəsi 25 saylı ünvanda da “Abad həyət” salınmış, 800 kv.m asfalt vurulmuş, 80 p.m. bardyur düzülmüş,  həyətyanı ərazidə 2 şəhidin xatirəsinə barilyef guşə yaradılmışdır.

5-ci mkr. ərazisində A.Məhərrəmov küçəsi 46, 50 və 52 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılmış, giriş qapı-pəncərələri, eləcə də suaxıdıcı borular dəyişdirilmiş, həyətyanlı ərazidə 250 p.m. bardyur düzülmüş, 3000 kv.m asfalt örtüyü vurulmuş. Eyni zamanda,  bundan başqa, 4-cü mkr. Mir Cəlal küçəsi boyunca yerləşən parklardakı oturacaqlar, eləcə də səki və piyada yollarına döşənmiş tamet daşları cari təmir olunmuşdur.

Mir Cəlal küçəsi 10 saylı yaşayış binasının  fasadı əsaslı təmir-olunmuş, bu bina ilə üzbəüz yerləşən A.Məhərrəmov küçısi 68 saylı yaşayış binasının arasında olan həyətdə abadlıq-təmizlik işləri aparılmış, “Abad həyət” salınmış, mini futbol meydançası yaradılmış, 2 ədəd istirahət guşəsi (besedka)  quraşdırılmış,  həyətə 9500 kv.m asfalt örtüyü vurulmuş,   1488 p.m. bardyur düzülmüşdür.

Seyid Cəfər Pişəvari küçəsindəki (“Yaşıl Bazar” yarmarkasının) istinad divarı ağardılmış və piyadalar üçün nəzərdə tutulmuş səkiyə 200 kv.m asfalt vurulmuşdur.

Bu işlər “Təzə Bazar” Ticarət Mərkəzinin Mərdanov Qardaşları küçəsi tərəfdən girişi qarşısında “Novruz Bayramı” yarmarkasının təşkili ilə əlaqədar ərazidə  təmizlik-bərpa işləri aparılmış, 100 p.m. su xətti dəyişdirilmiş, 300 kv.m. asfalt örtüyü vurulmuşdur.

4-cü mkr. H.Seyidzadə 2a saylı binanın zirzəmisində yığılan qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılmış, yaxınlıqdakı yaşıllığın suvarılması məqsədilə 200 p.m. su xətti çəkilmişdir. H.Seyidzadə küçəsi 3a və 4 saylı binaların arasında olan və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkənlər təmir olunmuş, 80 kv.m aqlay daşı döşənmişdir.

Bundan başqa, IV mkr. Cavadxan küçəsi 64 və 68 saylı binaların arxa tərəfində 20 Yanvar küçəsi boyunca “İzmit” istirahət parkı salınmışdır.

Bu məqsədlə əraziyə 600 kv.m qazon döşənmiş, 4000-dən çox  gül-çiçək kolları əkilmiş, yşıllıqlara qulluq üçün su xətləri çəkilmiş, uşaq oyun elementləri, idman qurğuları, oturacaqlar, istirahət guşəsi (besedka), eləcə də parkın ətrafında  perimetr boyunca çəpər quraşdırılmışdır.

Parkın yaxınlığında yerləşən H.Seyidzadə küçəsi 4a və 5a saylı binların yan divarları rənglənmişdir.

Eyni zamanda, II mkr. Cavadxan küçəsi boyunca 500-dən çox ağac əkilmiş, qulluq göstərilmişdir.

III-cü mkr., A.Mustafayev küçəsi 17 və 17a saylı binaların fasadları təmirinə başlanmışdır. R.Məmmədov küçəsi 17 saylı binanın qarşısındakı ərazidə “Abad həyət” təşkil edilmiş, mini futbol meydançası yaradılmış, uşaq-oyun elementləri, oturacaqlar, istirahət guşəsi (besedka) quraşdırılmış, ağaclar əkilmiş və həyətə asfalt örtüyü vurulmuşdur. R.Məmmədov küçəsi 23 saylı binanın fasadında əsaslı təmir işləri başa çatdırılmış, 25 saylı binada isə əsaslı təmir işləri davam etdirilir. A.Mustafayev küçəsi 10,12,14, habelə 1 və 11 saylı binaların fasadları təmir olunmuş, həmin küçənin kənarında olan 400 kv.m hasar, eləcə də I mkr. ərazsisində yerləşən A.Mustafayev küçəsi 1d saylı binanın fasadı rənglənmişdir. Ə.V.Salamzadə küçəsi “daş bazarı” adlanan ərazidə məhəllədaxili yola 4000 kv.m asfalt örtüyü vurulmuş, yol kənarına 1000 p.m bardyur düzülmüşdür.

Bütün bunlarla yanaşı Müdafiə Nazirliyinə aid  olan C.Səlimov küçəsi 7 saylı binanın həyətində “abad həyət” yaradılmış, oturacaqlar və istirahət guşəsi (besedka) quraşdırılıb, 350 kv.m asfalt örtüyü vurulmuşdur.

Bundan başqa, H.Seyidzadə küçəsinin M.Cəlal küçəsindən  4-cü mkr. dairəsinə qədər olan hissəsinə asfalt  örtüyü vurulmuş, bardyurlar dəyişdirilmişdir.

2018-ci ilin III rübündə Mir Cəlal parkında 1000 kv.m qazon örtüyü təzələnmişdir. Ü.Hacıbəyov küçəsi boyunca isə 400 kv.m qazon örtüyü və 2000 ədəd gül-çiçək dəyişdirilmişdir.

R.Behbudov küçəsində 8 saylı orta məktəb əsaslı təmir olunmuş    həyətinə  1300 kv.m asfalt örtüyü vurulmuş, 50 p.m uzunluqda oturacaq quraşdırılmışdır. Məktəbin qarşısındakı səkiyə 300 kv.m tamet daşı döşənmişdir.        28 May küçəsi 10 saylı və R.Behbudov küçəsi 18 saylı binaların fasadları təmir edilmişdir.

S.Rəhimov küçəsi 201 saylı binanın fasadı təmir olunmuş, həmin binanın qarşısındakı “Tesla” parkında 350 kv.m qazon örtüyü döşənmiş və parkın qarşısındakı binaların fasadları təmir olunmuşdur.

Eyni zamanda I mkr. Moskva pr. 60 saylı binanın yanındakı parkda 230 kv.m qazon döşənmişdir.

A.Mustafayev küçəsindəki işıq dirəkləri rənglənmişdir. Y.V.Çəmənzəminli küçəsi 4 ünvanda zibil meydançası inşa edilmişdir. 

II mkr. H.Seyidzadə küçəsi 1, 3 və 7 saylı binaların fasadları  əsaslı təmir olunmuş, həyətinə asfalt örtüyü vurulmuş, bardyurlar düzülmüş, uşaq-oyun elementləri, oturacaqlar, istirahət və dama oyunları üçün guşə, mini futbol meydançası yaradılmış, yeni ağaclar əkilmiş, yaşıllıq salınmışdır.

IV mkr. 20 Yanvar küçəsi 37 saylı binanın fasadının əsaslı təmir işləri başa çatdırılmışdır.

Cari ilin  9 ayı ərzində MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır. 4079 kv.m dam örtüyü,  259 ədəd pəncərə, 179 ədəd giriş qapısı, 462 p.m. istilik xətti, 816 p.m suaxıdıcı boru, 62 ədəd ventil və  siyirtmə dəyişdirilmiş, ümumi istifadə yerlərində 438 kv.m şüşələnmə işləri yerinə yetirilmiş,  5607 p.m. tüstü bacası və ventilyasiya kanalları təmizlənmişdir.

Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri  təmir edilmişdir.

I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəpərlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

Nəsimi rayonu ərazisində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən 215 ünvanda binaların fasadları və dam örtüklərində əsaslı təmir-bərpa işləri aparılır. Bunlardan  30 ünvanda işlər başa çatmış, hal-haızrda 175 ünvanda işlər davam edir. Rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.

Hər gün ərazinin sanitar-təmizlik və ekoloji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır.

Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.

Əhali tərəfindən və aidiyyəti dövlət orqanlarından sanitar-təmizlik işlərinin vəziyyətinə dair müraciətlərə vaxtında münasibət bildirilmiş, işlərin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilmişdir.

Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, eləcə də rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının toplanması üçün 356 ünvanda  zibil meydançası vardır.

Həmin meydançalar  810 ədəd xüsusi konteyner və 268  ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər vaxtaşırı olaraq yeniləri ilə əvəz olunur.

Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.

2018-ci ilin 9  ayı  ərzində Rayon Sukanal İdarəsi üzrə  01.10.2018-ci il tarixinə abonent kimi  qeydiyyata alınmış   217790 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilmişdir. Hal-hazırda abonentlərin ümumi sayı  71925 abonent təşkil edir, o cümlədən: - əhali sektoru üzrə 64725 abonent, qeyri- əhali sektoru üzrə-7200-dən artıqdır. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i, yəni 200802 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.  Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0km)  artıqdır. Istismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir. 8 (səkkiz) ünvanda ümumi həcmi 5154.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur və aprel-may aylarında  yuyulub-zərərsizləşdirilməsi işləri  təsdiq olunmuş  plan-qrafikə əsasən icra olunmuşdur. 

1 saylı İSİS-in ərazisində olan 19 ədəd istilik məntəqəsi 26 ədəd qazanxana                 2017-2018-ci il payız qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin etmişdir. Aprel ayının 15-dən 2017-2018-ci il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.

Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər pılanı işlənib hazırlanmış istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.

2018-2019-cu il tədbirlər planına uyğun olaraq 26 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır. 26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür. 99 və 139 saylı qazanxanada 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir. Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.

“Bakı şəhər işığı” EŞM-nn Nəsimi TİR tərəfindən 2018-ci ilin 3-cü rübü ərzində Seyidzadə 3,5,7-də - 9 ədəd dirək, 9 çıraq M.Cəlal 10-da – sink örtüklü dirək 13 ədəd, çıraq 26 ədəd Seyidzadə 17-də - sink örtüklü dirək 3 ədəd, çıraq 6 ədəd C.Məmmədquluzadə küçəsində - sink örtüklü dirək 10 ədəd, çıraq 20 ədəd quraşdırılmışdır. Rayon ərazisində istifadəyə yararsız hala düşmüş 14 ədəd “Polermo” tipli dirək və 28 ədəd çıraq yeniləri ilə əvəz edilmişdir.

Nəsimi RTŞİ üzrə  110/35/10 kv-luq  y/st-da 27 ədəd transformator və onun avadanlıqları, Y/st-da 11 ədəd XSTR cari. 10 /6kv-luq y/st-da 26 ədəd TM və onun avadanlığı, 35 kv-luq Y/st-da 14 ədəd k/x və onun avadanlığı  cari təmir olunmuş,  Y/st-da 10 kv-da 1 ədəd C/TR-rı dəyişdirilmişdirş. Y/st-da abadlıq işləri aparılmış, “111” saylı y/st-da 1 ədəd  generator quraşdırılmışdır. 10/6/0,4 кв-луг истисмар шюбяси üzrə 107 ədəd TM və 20 ədəd KTM də  elektrik  avadanlıqları təftiş olunmuş, şябякянин юз эцъцня 950 ядяд  сайьаъ панолары  тямир олунуб, СМС сайьаъларын гурашдырылмасы цчцн щазырланмышдыр. Алчаг эярэинлик лювщяляринin təmiri və yenidənqurması заманы – 15 ядяд 250A , 400А-лик   0,4 кв-луг айырыъылар гурашдырылмышдыр.  10/6 кв-луг кабел хяттляринин тямири  və yenidənqurması заманы – 4844 метр йцксяк эярэинликли кабел истифадя олунмушдур.  0,4 кв-луг кабел хяттинин  дяйишдирилмяси,  тямири вя сайьаълашма  заманы – 5990 метр мцхтялиф маркалы кабелляр истифадя олунмушдур. Сайьаълашма вя йенидянгурма заманы – 151 ядяд təksayğaclı qutu гурашдырылмышдыр.

2018-ci ilin üçüncü rübü ərzində rayonda Rayon Icra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.

Iyulun 3-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil növbəsinə götürülmə, yaşadıqları binanın qəzalı olması və bununla bağlı pilot layihə çərçivəsində yeni mənzillərlə təmin olunması, mərkəz hissədə aparılan abadlıq-quruculuq işləri çərçivəsində binaların həyət tərəfdən pilləkən meydançalarının təmir olunması barədə müraciətlər etmişlər.

Iyulun 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroloji parkında  təşkil edilən tədbirdə rayon məktəblərində təhsil alan aztəminatlı ailələrdən,  təhsildə və idmanda fərqlənən məktəblilərin bir qrupu  iştirak etmişdir. Məktəblilər  Sergey Yesenin adına Azərbaycan-Rus ədəbi əlaqələri Mərkəzində  və  Dendroloji parkda  yetişdirilən çoxsaylı ağac, bitki və güllərlə yaxından tanış olmuşlar. Məktəblilər təşkil olunan bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əylənib, birgə nahar ediblər.

Iyulun 6-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Nəsimi rayon məktəbliləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra məktəblilərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko Park haqqında məlumatlar verilib. Bildirildi ki,  Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın  müəllifi olduğu Həyat abidəsi - “Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə iyulun 12-də keçirilən geniş iclasında ətraflı müzakirə olunmuşdur.

İclasda  Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, “Fədək” MTK-nın sədri Yavər Qurbanov, Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, rayon ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının QƏRARI qəbul edilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı  ailələri, həmçinin valideyn himayəsindən  məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə sərhəd zastavasında məktəblər üçün hərbi-vətənpərvərlik düşərgəsi  təşkil edilmişdir. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 7-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında  11-19 iyul tarixlərində  “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

İyulun 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazi­sin­dəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayo­nunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər.

Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrə­si arxasında müzakirələr təşkil olunmuş, Azərbaycan kinomatoqraf­çıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentlər, Döv­lət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və videoçarxlar nümayiş etdirilmişdir. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və yaddaqalan etmişdir.

Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mə­dəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunmuşdur. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.

İyulun 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin baş çatması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə Nə­simi rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin məsul  şəxsləri iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ru­hunda tərbiyə olunmasına, savadlı və sağlam inkişafına göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilmiş, keçirilən bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması vurğulanmışdır.

Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şa­girdlər mükafatlandırılmış, məktəblilərə xatirə hədiyyələri təqdim edilmişdir.

Iyulun 13-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən o cümlədən mənzil növbəsinə götürülmə, yaşadıqları məhəllədə hündür ağacların budanması, aztəminatlı ailə olaraq məktəbli formasının verilməsi, uşaqlar üçün yay istirahət düşərgələrinin təşkili, isti yay günlərində həyətlərdəki ağacların, yaşıllıqların suvarılması, 3-cü Alatava ərazisindəki evlərin də pilot layihələr siyahısına salınması  barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Iyulun 14-də  Nəsimi  rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ağsaqqal və ağbirçəklər, gənclər, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri, Nəsimi rayon  bələdiyyəsinin  əməkdaşları iştirak ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.Sonra tədbir Nəsimi bələdiyyəsində “Gənclərin formalaşmasında sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa ilə  davam edib.

Iyulun 16-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin        11 aprel Prezident seçkilərində möhtəşəm qələbəsinin 100 gününün tamam olması münasibətilə  YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Iyulun 17-də  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət”  4-cü mikrorayon  Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə  sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda  doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri  üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirilmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri  və idman meydançası  quraşdırılmışdır.  Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və  təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Iyulun 17-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 4-cü mikrorayon, Asif Məhərrəmov  küçəsi 68 ünvanda yerləşən həyətdə sakinlərin müraciətlərini dinləmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.

Iyulun 18-də  Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Iyulun 25-də  Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən iş adamlarının bir qismi ilə görüş keçirilmişdir. Tədbirdə RİH Başçısı Asif Əsgərov ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin  həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış  və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir.

İş adamlarından Yavər Qurbanov, Elmar Kərimov, Afiq Rəhmanov və digərləri çıxışlar edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirmişlər. 

Iyulun 26-da  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görülən işlərlə gənclərin daha yaxından tanış olması məqsədi ilə rayonun bir qrup fəal gənci “Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olmuşlar.

Daha sonra gənclərin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası  təşkil olunmuşdur.  Gənclər  ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildirdilər. Nəsimi rayon gəncləri  Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Tədbirdə "İnturavto" ASC-nin sədri Aydın Heydərov və Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru Natiq Cavadov çıxış edərək, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.

Iyulun 26-da  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Iyulun 30-da  sahibkarlığın inkişafına yönəlmiş silsilə tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin bir qrupunun  Quba rayonuna səfəri təşkil olunmuşdur. Nəsimi rayon gəncləri Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bağları, “Qədim Quba” Xalçaçılıq Mərkəzi və Pirvahid kəndli fermer təsərrüfatının fəaliyyəti ilə tanış olmuşdular.

Avqustun 3-də Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  səhiyyə  və mədəniyyət müəssisələrinin, qeyri hökumət təşkilatlarının, ictimai birliklərin,  rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin, din xadimlərinin və ağsaqqalların   iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.

Avqustun 8-də Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Mir Cəlal küçəsindəki parkda  Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranlarının iştirakı ilə  Həvəskarlar arasında nərd yarışı keçirilmişdir. Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.

Avqustun 8-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

14-15 avqustda 4-cü mikrorayonda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini futbol yarışı keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir. Mini futbol yarışının qalib komandaları Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

Avqustun 17-də Nəsimi rayon İcra Hakimiyyəti  ilə Dənizkənarı Bulvar idarəsinin  birlikdə təşkilatçılığı ilə uşaqlar üçün  Xəzər dənizində  gəmi gəzintisi  təşkil olunmuşdur.  Dəniz səyahətində   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, veteran ailələrindən, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrdən olan bir qrup məktəblinin müasir «Mirvari» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Dəniz gəzintisinə böyük hissəsi ilk dəfə çıxan uşaqlar Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər. Uşaqlar həmçinin  Milli parkdakı  əyləncəli qurğulardan da istifadə edərək əyləndilər.  

Qurban bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.

Avqustun 18-də Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurası, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı  sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə tədbir təşkil olunmuşdur. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanmışdır.

Tədbirdə çıxış edən  ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Sentyabrın 11-də  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2017/2018-ci tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2017-2018-ci tədris ilində rayonun orta məktəblərini  1561 nəfər şagird bitirmiş, onlardan 1083 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 191 nəfəri 500-dən, 73 nəfəri 600-dən, 23 nəfəri isə 650-dən çox, 2 nəfər 700 bal toplamışdır. Məzunlardan 261 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 38 nəfər, 54 saylı məktəbdən  15 nəfər, Elitar Gimnaziyadan  13  nəfər, 5 saylı məktəbdən 13 nəfər, BSU MLK-dən  11 nəfər, 164 və 240  saylı orta məktəblərdən 10 nəfər 500-dən çox bal toplamışdır. 2017-2018-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülmüşdür. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.

Sentyabrın 15-də Bakı Slavyan Universitetində Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində universitetin foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasimin ardından Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra BSU tələbələrinin hazırladığı bədii kompozisiyalar, şeirlər, milli rəqslər təqdim olunub. Həmçinin bu tədris ilində  Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrə hədiyyələr bağışlanıb.

Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı sabiq səfiri Ayciqit Buranov, millət vəkilləri Elman Nəsirov, Qənirə Paşayeva, Sahibə Qafarova, Kamilə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil ekspertləri Şahlar Əsgərov, Nadir İsrafilov və media nümayəndələri iştirak ediblər.

 15 sentyabr - “Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır. 
          Tədbirlərdə  şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Sentyabrın 21-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlər bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, küçəyə asfalt örtüyünün vurulması, köhnə tikililərdən ibarət olan məhəllənin pilot layihəyə salınması ilə bağlı müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Cavadxan küçəsi boyunca 0, 03 ha sahədə  əsaslı təmir və abadlıq işləri davam etdirilərək  parka əlavə olunmuş,  yeni yaradılmış istirahət guşəsi sentyabrın 25-də  sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular quraşdırılmış, əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarını maraqlı keçirmələri  üçün xüsusi uşaq  əyləncə avadanlıqları quraşdırılmışdır. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən  8 ədəd gecə işıqlandırılması sistemləri quraşdırılmış, 500 kvm qazon döşənmiş, uzunluğu 150 metr olan beton qaçış-yürüş yolu əvvəlki parkdakı yürüş zolağına əlavə olunmuş,  1050 kvm əraziyə tamet daşları döşənmiş, 250 p.m bardür daşları qoyulmuşdur.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. 

Sentyabrın 25-də  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə, o cümlədən  gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə İdarə tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyaları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının qərarına əsasən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun da keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Ümumilikdə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 36 tədbirdə 4909 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:

Ümumilikdə İdarə tərəfindən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 19 tədbirdə 2340 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

          Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının müraciətlərinin elektron qəbulu sisteminə nəzarət edilmiş, Rayon İcra Hakimiyyətinə və Apellyasiya Şurasına sahibkarlardan şikayət müraciətləri daxil olmamışdır.

Аzәrbaycan Respublikası Prezidentinin 27 аprel 2016-ci il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Аçıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün  Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcta Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin internet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik və rüblük hesabatlarının internet səhifəsində açılması, toplantı və yığıncaqlarda, sakinlərlə görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Rüb ərzində aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir.

Hesabat dövründə əhalinin sosial müdafiəsi, mənzil-məişət, birdəfəlik maddi yardımlarla bağlı məsələləri barədə müraciətləri diqqət mərkəzində  saxlanılaraq əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən  vətəndaşlara köməkliklər göstərilmişdir.

20 Yanvar və Xocalı faciəsi günləri, «Novruz Bayramı», Ramazan və Qurban bayramları     ərəfəsində  yardımlar göstərilmişdir.

Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

 Hesabat ili ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

2018-ci ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvəllər səfərbər ediləcəkdir.

 

 

Keçidlər