Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir.

22 oktyabr 2018 | 16:00

19.10.2018-ci il tarixdə Azərbaycan Tibb Universitetində  “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Nəsimi Bələdiyyəsinin təşkil etdiyi tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov, Şəhər, qəsəbə, kənd bələdiyyələri Milli Assosasiyaların Departament rəhbəri Cəlal İsgəndərov,  Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyev, rayonun idarə, müəssisə,  qeyri-hökumət təşkilatların nümayəndələri və gənclər iştirak etmişdir.Tədbirin keçirilməsinin əsas məqsədi vətəndaşların bələdiyyə haqqında maarifləndirməsi və qarşılıqlı öhdəliklərin müəyyən olunması yollarının genişləndirilməsidir. Tədbirin məktəbdə keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, Bələdiyyələrin fəaliyyəti haqqında ilk olaraq təhsil müəssisələrində müəllim kollektivi və gənclərə məlumat vermək və onların bələdiyyə fəaliyyətinin təşkil sistemi haqqında maarifləndirməkdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyev tədbir iştirakçılarını salamlayaraq, belə bir maarifləndirici tədbirin gənclər arasında keçirilməsinin vacibliyini vurğulamış və buna görə təşkilatçılara minnətdarlıqlarını bildirmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, artıq bu tədbir rayonun bir sıra təhsil müəssisələrində silsilə şəklində keçirilir. Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti, eləcə də böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf haqqında öz müsbət fikirlərini qeyd etmişdir. Eyni zamanda Nəsimi Bələdiyyəsinin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərin həlli, vətəndaşların müraciətlərinə baxılması, həmçinin cənab Prezidentin imzaladığı fərman, qərar və sərəncamlar əsasında bələdiyyə sahəsində böyük irəliləyişlər olduğunu bildirdi.Gələcəkdə fəal qadınların bələdiyyəyə cəlb olunmasını və gənclərlə bağlı, yeniyetmələrlə bağlı işin mükəmməl qurulmasını tövsiyyə etdi.

Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov Bələdiyyənin yaranması, tarixi və bələdiyyə haqqında tədbir iştirakçılarına geniş və dolğun məlumat verərək bildirdi ki, bələdiyyələrin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yarandığını və Avropa Demokratiya İnstitutlarının ən yüksək tələblərinə cavab verərək səviyyədə olan bu yerli idarəçilik qurumlarının fəaliyyətlərinə hər bir vətəndaşın iştirakını cəlb etməklə dövlətin, hakimiyyətin idarə edilməsində ən demokratik prinsiplərin əsas tutulduğuna istinad edildiyi vurğulanmışdır. Bələdiyyələrin fəaliyyətinin daha da geniş, əhatəli olması, həmçinin bu gün ölkədə Ümummilli lider Heydər Əliyevin iqtisadi və siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə aparılan sosial-iqtisadi islahatlar prosesində öz yerini alması üçün kifayət qədər böyük qanunvericilik bazası yaranması qeyd edilmişdir.

Tədbir zamanı bələdiyyə qulluqçuları və üzvlərinin status, onların məsuliyyəti və səlahiyyətləri, bəldiyyə qulluqçularının və üzvlərinin fəaliyyətinin maneəsiz və səmərəli həyata keçirilməsi üçün vətəndaşların iştirakının təmin edilməsi istiqamətində müzakirələr aparılmışdır.

Vətəndaşların rayon ərazisində yaranan bir çox problemlərin həlli üçün aidiyyatı qurumlarla yanaşı bələdiyyələrə də müraciətinin təmin olunması təklif edilmişdir.

Keçidlər