Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Cavadxan küçəsi, A.Mustafayev və 20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Qurbanov Allahverdi, Eminov Elçin, Aslanov Azər, İbrahimov Cavanşir və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, binanın dam örtüyünün təmir olunması, həyətdə abadlıq işlərinin aparılması barədə müraciətlər ediblər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar vurğulanmışdır.