Nəsimi rayonu 159 nömrəli tam orta məktəbdə 9 noyabr - Bayraq Günü qeyd edildi
Nəsimi rayonunda 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 159 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Bu həftə məktəbdə ilk dərslər “Dalğalan şanlı bayrağım ”mövzüsuna həsr olunmuş, keçirilən dərslərdə şagirdlər dövlət atributları haqqında geniş məlumatlar almış və müxtəlif təqdimatlar etmişdilər.
Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çixış edərək Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını- məktəbliləri təbrik edərək xoş arzularını bildirdi. Natiq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbətindən bəhs edərək bildirdi ki, Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Gülarə Verdiyeva “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələ Təpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.
Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı video çarxları izlədilər.