Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı sakinlərlə səyyar qəbulda
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Əliyeva Cəmilə, Seyidova Rəna, Mikayılov Bəhram, Həsənov Qüdrət, Cəfərov Xeyrulla, Qəniyeva Nigar və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən ağacların dezinfeksiyası və budanması, qeyri-yaşayış sahəsinin sökülüb yenidən tikilməsi, pilot layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qazıntı işlərindən sonra sahənin döşəməsinin bərpa edilməsi barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq pilot layihələrə salınması istəyini bildirmişlər.
Qəbulda iştirak edən sakinlərlə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Sakinlər müraciətləri ilə bərabər, aparılan abadlıq-quruculuq işlərinə görə, paytaxtımızın gündən-günə gözəlləşməsi və əhalinin rifahının daha da yüksəldilməsinə yönələn möhtəşəm səylərinə görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.