Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

08 noyabr 2018 | 16:00

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirdi.

 Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı hazırlanmış video film tədbir iştirakçılarına təqdim edildi.  

Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara  yeni-yeni uğurlar arzuladı. Natiq Dövlət sərhəd Xidmətinin sahil Mühafizəsinin keçdiyi şərəfli yol haqqında iştirakşılara geniş məlumat verərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını  təbrik edərək bildirdi ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək  dövlət statusuna malik olmuşdur.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.  

Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə və dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bağrağı Meydanının və Dövlət Bayrağı gününün təsis olunması bunun bariz nümunəsidir. Ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, LələTəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirdi.

Asif Əsgərov bildirmişdir ki,  yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilmişdir. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəy­yən­ləş­dirdiyi milli sərhəd stra­te­gi­yası­nın Azərbaycan Respubli­ka­sının Prezidenti, Si­lahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında müvəf­fəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizə­sinə göstəri­lən ali dövlət qayğısı dayanır. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bazasının  Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində nəzarətin gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinin təmin olunmasında mühüm rol oynadığını bildirmişdir.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı və “Azərbaycan Bayrağı” adlı mahnı və klip təqdim olundu. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə incəsənət ustalarının, həmçinin Xalq artisti Gülyanaq Məmmədovanın və Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinın iştirakı ilə konsert proqramı davam etdi. 
Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı etdilər.

Keçidlər