Nəsimi rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirildi
Nəsimi rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva çixış edərək Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını- məktəbliləri təbrik edərək xoş arzularını bildirdi. Natiq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbətindən bəhs edərək bildirdi ki, Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Gülarə Verdiyeva “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələ Təpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi.
Tədbirdə Nəsimi rayonunun 8,42,54 və 164 nömrəli tam orta məktəblərinin, 16 saylı Texniki Humanitar Liseyin şagirdlərinin hazırladıqları mahnı və şer kompozisiyaları, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin gənc yetirmələrinin rərqsləri qonaqlar tərəfindən alqışlarla izlənildi.