Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmişdir
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Müslümova Lətifə, Verdiyev Telman, Hüseynova Səadət, Əzimov Paşa və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, həyətin asfalt örtüyünün təmiri və oturacaqların quraşdırılması, qəzalı ağacın götürülməsi, damlarda istıfadəsiz olan çənlərin yığışdırılması barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə sakinlərə məlumat vermişdir.