Nəsimi rayon Məşğulluq Mərkəzində qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusunda dəyirmi masa keçirildi.
14 noyabr 2018-ci il tarixdə Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayonunda fəaliyyət göstərən işəgötürənlərlə Nizami Kino Mərkəzində dəyirmi masa keçirilmişdir. Tədbirdə Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova, Nəsimi rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi , əlaqələndirmə komissiyasının üzvü Müşfiq Kərimli, Nəsimi rayon Həmkarlar təşkilatının sədri Aygün Məmmədova, Dövlət Əmək müfəttişliyinin 4 saylı region üzrə nümayəndəsi Ağamusa Səfiyev və Nəsimi rayonunda fəaliyyət göstərən 30-dan çox işəgötürən iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Bakı şəhər Məşğulluq idarəsinin rəis müavini Fatimə Ələkbərova açaraq Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər planı”-nın icrası ilə əlaqədar qarşıda duran məsələlərdən danışdı. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Müşviq Kərimli, Bakı şəhər Məşğulluq idarəsinin böyük məsləhətçisi Qadir İsayev mövzu ətrafında çıxışlar edərək işəgötürənlərin suallarını cavablandırdılar.