2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Bizim hüquqlarımız” mövzusunda sərgi keçirildi
Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə 2018-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-nə kimi “Uşaq hüquqları aylığı” keçirilir. “Uşaq hüquqları aylığı” ilə əlaqədar uşaqların hüquq və azadlıqlarının təmin olunmasına, əhali, xüsusilə də uşaqlar və gənclər arasında öz hüquqlarının öyrənilməsinə diqqəti artırmaq, uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədilə Nəsimi rayonunda orta təhsil müəssisələrində, Uşaq Gənclər İnkişaf mərkəzlərində rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, rayon Gənclər və İdman İdarəsi, məktəblərin pedaqoji kollektivləri, QHT, KİV-lərin iştirakı ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Bizim hüquqlarımız” mövzusunda sərgi keçirilmişdir. Tədbirdə “Məktəb teatrı” dərnəyinin üzvləri uşaq hüquqlarına aid səhnəciklər nümayiş etdirmiş, “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri bir-birindən maraqlı rəqslər və mahnılarla çıxış etmişlər. Sərgidə “Rəsm” dərnəyinin üzvləri çəkdikləri rəsmləri iştirakçılara təqdim edərək uşaq hüquqları ilə bağlı fikirlərini bildirmişlər.