Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmişdir

07 dekabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq  səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Əhmədli Pərvanə, Əliyeva Rəna, Bayramova Zərqələm, İsmayılov Həmid, Alayeva Günay və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzil növbəsinə götürülmə, yaşıllıqlarla bağlı təkliflər, qəzalı binanın pilot layihəyə salınması  barədə müraciətlər etmişlər. Cəfərova Nargilə, Mehbalıyeva Nailə mərkəz hissədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə, xüsusilə istismar müddəti bitmiş, qəzalı və təhlükəli vəziyyətdə olan binaların sökülərək yenidənqurulması, sakinlərin yeni, daha geniş və tam təmirli mənzillərlə təmin olunması işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, pilot layihələrin icrasını ləngidən halların aradan qaldırılması, o cümlədən şirkətlərdən qeyri-real şərtlər tələb edən bəzi sakinlərin yaratdığı narahatlıqlar barədə fikirlər söylədilər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı tərəfindən qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən ardıcıl, irimiqyaslı işlər qeyd edilmiş, sakinlərə Nəsimi rayonu ərazisində həyata keçirilən  tədbirlər barədə məlumatlar verilmişdir.

Keçidlər