Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Eyvazov İmralı, Xəlilova Makel, Səlimov Aydın və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, istilik təchizatının yaxşılaşdırılması, yaşıllıqların suvarlması, budanma işlərinin aparılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olunmuşdur. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.