Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Növbəti tədbir Nəsimi rayonu ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin nümayəndələrinin iştirakı ilə Kliniki Tibbi Mərkəzdə keçirilmişdir.
Anım tədbirində çıxış edənlər qeyd etdilər ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir.
Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sürətli tərəqqi yolu ilə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir, qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması ucaldır.işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.