Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirmişdir
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Məmmədova Zeynəb, Babayev Murad, Dadaşov Cəlil, Mahmudov İbrahim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən fasiləsiz su təchizatı olduğunu nəzərə alaraq damlarda istıfadəsiz olan çənlərin yığışdırılması, ahıllar üçün istirahət guşəsinin yaradılması, su xətləri ilə bağlı qonşular arasında yaranmış mübahisə, məhəllədaxili yollarda işıqlandırma, təhlükə yarada biləcək ağacın götürülməsi barədə müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə sakinlərə məlumat vermişdir.