Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər keçirilir

21 dekabr 2018 | 16:00

Dekabrın 21-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin  birgə təşkilatçılığı ilə 8 sayli tam orta  məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovnik-leytenant Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, psixoloq Ülkər Hüseynova, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin  sədri   Azər Quliyev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənov və məktəbin direktoru Aytən Baxşıyeva,  şagirdlər və müəllimlər  iştirak etdilər.

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.         

Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən  barət sərgi təşkil olundu.

Keçidlər