“15 ilin zəfər salnaməsi” silsilə tədbirlərə yekun vuruldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 15 illiyi münasibəti ilə Nəsimi rayonunda “15 ilin zəfər salnaməsi” adlı silsilə tədbirlər keçirilir. Oktyabr ayının 15-dən başlanılmış tədbirlər rayonun ümumtəhsil, mədəniyyət, səhiyyə və digər müəssisələrində davam etdirilir.
Keçirilən tədbirlərin davamı olaraq rayonun ümumtəhsil məktəblərində “Son 15 ilin zəfər səlnaməsi 15 yaşlıların gözü ilə” adlı dəyirmi masalara start verilmişdir. Qarşılıqlı diskussiya şəraitində keçirilən tədbirlərdə 15 yaşlı məktəblilər ayrı-ayrı sahələr üzrə son 15 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər haqqında danışmış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsini xüsusi vurğulamışlar. Tədbirlərdə 15 yaşı tamam olan məktəblilər ad günləri münasibəti ilə təbrik edilmiş, onlara xatirə hədiyyələri verilmişdir.
Keçirilən tədbirlərdə vətənimizə, torpağımıza, Ümummilli lider Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunmuş mahnılar ifa olunmuş, ayrı-ayrı rəqs nömrələri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanmışdır. Tədbirdə iştirak edən 15 yaşlı məktəblilər dövlətimizə və millətimizə layiq övlad olacaqlarını bildirdilər.
8 saylı tam orta məktəbdə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi gənclərin gələcək fəaliyyətlərinin formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək Gülarə Verdiyeva bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrakstrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur. Tədbirdə çıxış edənlər 15 ildə əldə olunmuş nailiyyətlərdən, xüsusi ilə təhsilimizin inkişafındakı uğurlardan geniş söhbət açdılar.
Tədbirdə iştirak edən valideynlər çıxış edərək gənclərimizin inkişafı üçün yaradılmış şəraitə və onlara göstərən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.