Nəsimi rayonunda 2013-cü ilin birinci rübündə görülmüş işlər barədə MƏLUMAT
2013-cü ilin birinci rübü ərzində Nəsimi rayonunda yerləşən məktəblərdə, körpələr evi-uşaq bağçalarında, parklarda və digər obyektlərdə təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilmişdir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq orta məktəblərdə və körpələr evi-uşaq bağçalarında təmir tikinti işləri aparılır.
5 saylı tam orta məktəbdə əlavə 20 sinif otağının tikintisi davam etdirilir.
19, 159 saylı tam orta məktəblərində və 100 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmışdır.
151 saylı tam orta məktəbdə akt və idman zallarının tikintisinə başlanılmışdır.
20 saylı musiqi məktəbində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.
74 və 92 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilir.
Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həyətində inşasına başlanılmış Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda tikinti işləri davam etdirilir.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri davam etdirilir.
Nəsimi rayonu Füzuli küçəsində tikintisinə başlanılmış “Qış bulvarı”nda işlər davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və H.B.Əliyev küçələrinin kəsişməsində (Xutor dairəsi) müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə əlaqədar tikinti altına düşən 52, 3-cü Alatavada Bakı Metropoliteninin tikintisi sahəsinə düşən (100-ə yaxın) yaşayış və qeyri yaşayış sahələrinin köçürülməsi işləri başa çatmaq üzrədir. Hal –hazırda yol qovşağının tikintisi davam etdirilir.
Birinci rübün sonunadək III Alatava yaşayış massivində, mikrorayonlarda və rayonun müxtəlif küçələrində müxtəlif diametrdə L=29348 pm. Qaz kəməri dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. III Alatava yaşayış massivində, mikrorayonlarda və rayonun müxtəlif küçələrində 24250 ədəd “Smart-kart” tipli sayğaclar quraşdırılaraq istismara verilmişdir. 1 inzibati bina və 45 saylı uşaq bağçasının məhəllədaxili və aşağı paylama istilik sistemləri yenidən bərpa edilmişdir.
Rüb ərzində əhaliyə elektrik enerjisinin, qaz və içməli suyun verilməsində, eləcə də istilik enerjisi verilməsi nəzərdə tutulan istehlakçıların istiliklə təmin olunmasında heç bir problem olmamışdır.