Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Səninləyəm, Azərbaycan ” adlı ədəbi – bədii tədbir keçirilmişdir

28 dekabr 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti və Bakı şəhəri 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illlik  yubileyi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları, Nəsimi rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə  "Səninləyəm,  Azərbaycan ” adlı ədəbi – bədii tədbir keçirilmişdir.

R.Behbudov adına Mahnı Teatrında təşkil olunan tədbirdə  “Azərbaycan” mövzusunda uşaqların əl işlərindən ibarət yaradıcılıq sərgisi təşkil olunmuşdu. 

Tədbirdə  Mərkəzin “Uşaq xalq rəqsləri”, “Xalq çalğı alətləri ansamblı” , “Məktəb teatrı” , “Bədii qiraət ” dərnəklərinin üzvləri rəngarəng nömrələrlə, “Uşaq xalq rəqsləri ”  dərnəyinin üzvləri - lirik rəqs , “Yallı” , “Cəngi” , “Azərbaycan ” rəqs nömrələri ilə, “Xalq çalğı alətləri ansamblı” - “Heydər baba”,  “Yaşa Azərbaycan” , “Bakı” , “Mənim anam”, “Ey vətən” , mahnıları ilə , “Məktəb teatrı” dərnəyinin üzvləri “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə  çıxış etdilər.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti  başçısının birinci  müavini Gülarə Verdiyevaya və  5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva çıxış edərək iştirakçıları “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik etdilər. Tədbirdə  Mərkəzin müəllimləri - Cəlilova Sevda, Həsənova Natella, Musayeva Natəvan , Səlimov Samir, İbrahimov Namiq Fəxri Fərmanlarla təltif  edildilər.

Keçidlər