Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə silsilə tədbirlər davam edir
Dekabr ayının 28-də Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Qarabağ və Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə tədbir keçirdi.
Tədbirin əvvəlində qonaqlar Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin hərbi hissəsində yaradılmış Heydər Əliyev adına İdeoloji Mərkəzlə yaxından tanış oldular.
Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzuladı.
Tədbirdə 2018-ci il ərzində xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldı. Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə konsert proqramı davam etdi.
Tədbirdən sonra qonaqlar əsgərlərlə birlikdə bayram naharı etdilər.