Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib

04 yanvar 2019 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Sakinlərdən Bünyadov Mübariz, Qəmbərova Mərziyə, Səfərova Sevinc və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin yığışdırılması, su-kanalizasiya xəttinin təmir olunması, istilik təchizatının yaxşılaşdırılması, həyətin abadlaşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olunmuşdur. Sakinlər Yeni il münasibətilə təbrik edilmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər